Bakı. AzerVoice:
İspaniya Fələstin dövlətini rəsmi şəkildə tanıyıb.
AzerVoice xəbər veir ki, bu barədə İspaniyanın Baş naziri Pedro Sançez bildirib.
"İspaniya paytaxtı Şərqi Qüds olan, Qəzza zolağı və İordan çayının qərb sahilini əhatə edən Fələstin dövlətini tanıyır. 1967-ci il sərhədlərində heç bir dəyişikliyi qəbul etməyəcəyik", - deyə o vurğulayıb.
Qeyd edək ki, Norveç və İrlandiyanın da bu gündən etibarən Fələstini dövlət kimi tanıması gözlənilir.