Bakı. AzerVoice:
Qəzzadakı məzarların əksəriyyətində uşaqlar var.
AzerVoice xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNICEF) sözçüsü Ceyms Elder deyib.
“Ötən ay gördüm ki, Rəfahda yeni qəbiristanlıqlar tikilir və qəbirlər uşaqlarla doludur.” – deyə Elder qeyd edib.
O, Birləşmiş Millətlər Təşkilatında (BMT) işlədiyi 20 il ərzində Qəzza zolağında Xan Yunus və Qəzza şəhərlərində heç vaxt dağıntıların şahidi olmadığını, Rəfaha mümkün quru hücumundan narahat olduğunu bildirib.
Elder, İsrailin daha əvvəl "təhlükəsiz" olduğunu iddia etdiyi və təxminən 1,5 milyon mülki şəxsin yaşadığı Rəfahın hərbi hədəfə alınacağı təqdirdə dağılacağını qeyd edərək, şəhərdə təxminən 600 min uşağın yaşadığına diqqət çəkib.
“Hesabatlar 14 mindən çox uşağın öldürüldüyünü göstərir. Ancaq müharibənin sürətində heç bir ləngimə yoxdur. Əksinə, işlər getdikcə pisləşir, bu qorxulu tendensiyanın davam edəcəyi ilə bağlı açıq vədlər və təhdidlər var” – deyə Ceyms Elder qeyd edib.
Hafiz Rufizoğlu