Bakı,AzerVoice
Mossadın (İsrailin xarici kəşfiyyat xidmətləri) rəhbərləri David Barnia və Şin Bet (daxili təhlükəsizlik) Ronen Barın başçılıq etdiyi İsrail nümayəndə heyəti Qəzza zolağında HƏMAS ilə yeni atəşkəsə dair danışıqlarda "dalandan çıxmaq" ümidi ilə cümə günü Parisə yola düşəcək.
AzerVoice xəbər verir ki, Fransada keçiriləcək görüş zamanı Qəzzənin HƏMAS-dan azad edilməsindən sonra idarə edilməsi də müzakirə ediləcək mövzular araslndadır.
Qeyd edək ki, İsrailin 7 oktyabrdan bəri Qəzza zolağına təşkil etdiyi hücumlarda ən az 12 min 660-ı uşaq, 8 min 570-i qadın olmaqla, 30 min fələstinli həlak olub, 70 min nəfər isə yaralanıb.
İsrail Qəzzənin idarə olunmasını kimə həvalə edəcək?
Dağıntılar altında hələ də minlərlə ölü olduğu bildirilərkən, insanların sığındığı xəstəxana və təhsil müəssisələri hədəf alınaraq mülki infrastruktur da məhv edilir.
Qəzzada 1,9 milyon fələstinli havadan, qurudan və dənizdən edilən hücumlar səbəbilə didərgin düşüb.
İsrailin maneələri səbəbindən bölgəyə kifayət qədər yardım çatdırıla bilmir. Fələstinlilər bir tərəfdən İsrailin hücumları ilə, digər tərəfdən isə hər gün dərinləşən aclıqla mübarizə aparır.