BAKI, AzerVoice
Türkiyə prezident adminitrasiyasının kommunikasiyalar idarəsinə bağlı Dezinformasiya ilə Mübarizə Mərkəzi (DMM), İraqın şimalında "Pənçə-Kilid" əməliyyatı bölgəsində Türk Silahlı Qüvvələrinin 12 hərbçisinin metan qazından zəhərlənərək şəhid olduğu mağarada “tələ qurulduğuna” dair iddianın əsassız olduğunu bildirib.
AzerVoice-un məlumatına görə, qurumun verdiyi bəyanatda "Oda TV" kanalı tərəfindən yayılan məlumatlara cavab verilib.
DMM bəyan edib ki, ortaya atılan “mağarada tələ qurulması” iddiaları həqiqəti əks etdirmir və dezinformasiya xarakteri daşıyır.
Türkiyə Milli Müdafiə Nazirliyi də məsələ ilə bağlı açıqlama yayıb. Bildirilib ki, 6 iyul tarixində 852 metr yüksəklikdə yerləşən ərazidə baş verən faciəvi hadisə zamanı “tələ” ehtimalının əsassız olduğu dəqiq şəkildə müəyyən edilib. Nazirliyin mənbələri vurğulayıb ki, hadisənin baş verdiyi mağara iki ilə yaxındır ki, Türkiyə Silahlı Qüvvələrinin nəzarətindədir və bu səbəbdən terrorçuların orada kimyəvi tələ qurması mümkün deyil.
Bəyanatda həmçinin qeyd olunub ki, zərərçəkmiş hərbçilərin eyni anda mağaraya daxil olduğu barədə iddialar da həqiqəti əks etdirmir.
AzerVoice qurumun verdiyi bəyanatı təqdim edir:
