Əsas səhifə » İsrail Cinayətlərinə Görə Pislənməli və Cavabdeh Tutulmalıdır - Ərakçi

İsrail Cinayətlərinə Görə Pislənməli və Cavabdeh Tutulmalıdır - Ərakçi

BAKI,AzerVoice

İsrail vəhşilik cinayətlərinə görə pislənməli və törətdiyi cinayətlərə görə cavabdeh tutulmalıdır.

AzerVoice xəbər verir ki, bu barədə İran Xarici İşlər Naziri Abbas Ərakçi, bununla bağlı 17-ci BRIKS Sammitində çıxış edib.

Ərakçi, İranın nüvə proqramının tamamilə sülh məqsədli olduğunu və Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) tərəfindən ən sərt nəzarət altında olduğunu qeyd edib.

O, ABŞ və İsrailin İranın nüvə obyektlərinə qarşı həyata keçirdiyi hücumların Nüvə Silahlarının Yayılmaması Sazişi (NPT) və BMT Təhlükəsizlik Şurasının 2231 nömrəli qərarına açıq şəkildə zidd olduğunu vurğulayıb.

“Heç bir qanun və ya məntiq başqa bir dövlətin MAQATE tərəfindən nəzarət edilən nüvə obyektlərini, silah istehsalı məqsədilə istifadə edilə biləcəyi ehtimalına görə hədəf almasını qəbul etmir”- deyə Ərakçi əlavə edib.

Ərakçi, həmçinin, ABŞ və İsrailin İranın nüvə obyektlərinə qarşı etdiyi hücumların beynəlxalq sülhə qarşı misli görünməmiş pozuntu olduğunu və bu hərəkətlərin beynəlxalq hüquq və etik normalara tamamilə zidd olduğunu bildirib.

Digər Kateqoriyalar

2025 © Azervoice