Əsas səhifə » Ərdoğan Zelenski ilə görüşüb

Ərdoğan Zelenski ilə görüşüb

BAKI,AzerVoice

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşüb.

AzerVoice xəbər verir ki, Zelenski Ərdoğanla görüşmək üçün Ankaraya gəlib.

Zelenskini NATO Xarici İşlər Nazirlərinin qeyri-rəsmi toplantısı üçün Antalyada olandan sonra bu səhər Ankaraya gələn Ukraynanın xarici işlər naziri Andrey Sibiqa və rəsmilər hava limanında qarşılayıblar.

Qeyd edək ki, İstanbul danışıqlarında iştirak edəcək Rusiya nümayəndə heyəti də Türkiyəyə gəlib.

Müvafiq olaraq, Rusiya nümayəndə heyətinə Putinin müşaviri Vladimir Medinski başçılıq edəcək. Nümayəndə heyətinə xarici işlər nazirinin müavini Mixail Qaluzin, Baş Qərargah Baş İdarəsinin rəisi İqor Kostyukov və müdafiə nazirinin müavini Aleksandr Fomin daxildir.

Həmçinin qeyd edək ki, Medinski 2022-ci ildə keçiriləcən danışıqlarda da Rusiya nümayəndə heyətinə rəhbərlik edib.

Digər Kateqoriyalar

2025 © Azervoice