Əsas səhifə » Zelenski Ərdoğan ilə görüşəcək

Zelenski Ərdoğan ilə görüşəcək

BAKI, AzerVoice

Ukrayna Prezidenti Volodimir Zelenski 14 və ya 15 may tarixində Prezident Rəcəb Tayyib Ərdoğanla görüşəcəyini bildirib.

AzerVoice xəbər verir ki, bu barədə Zelenskinin verdiyi açıqlamada deyilir.

"Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla İstanbulda görüşəcəyimiz barədə razılığa gəldik. Görüş mayın 14-də ya da 15-də baş tutacaq" - deyə, o qeyd edib.

Zelenski həmçinin, açıqlamasında Rusiya Prezidenti Vladimir Putinlə görüşmək üçün əlindən gələni edəcəyini vurğulayıb.

"ABŞ Prezidenti Donald Trampı aramıza qatılmağa dəvət etdik. ABŞ prezidentinin qərarını bilmirəm, amma gəlsə, bu, Putinin gəlməsi üçün əlavə impuls ola bilər" - deyə, Ukrayna prezidenti bildirib.

Qeyd edək ki, İstanbulda baş tutacaq bu görüş Türkiyənin vasitəçiliyi ilə keçiriləcək və tərəflər arasında uzun müddətdir dayandırılmış sülh danışıqlarına yeni dinamika gətirəcəyi gözlənilir.

Digər Kateqoriyalar

2025 © Azervoice