Bakı, AzerVoice
Azərbaycanın Suriya ilə yeni diplomatik əlaqələri Dəməşqdə mühüm mesaj verib.
AzerVoice xəbər verir ki,bunu Suriya Türkmən həkimlər birliyinin sədri Dr. Muxtar Fatih Beydili deyib.
O qeyd edib ki, Azərbaycan Baş nazirinin müavini Samir Şərifovun Suriyaya səfəri və Prezident Əhməd Şaraa ilə görüşü regional diplomatiyada yeni mərhələnin başlanğıcı kimi dəyərləndirilir. Görüş zamanı tərəflər ikitərəfli münasibətlərin canlandırılması və əməkdaşlıq imkanları ətrafında geniş fikir mübadiləsi aparıblar.
Azərbaycan nümayəndə heyətinə müxtəlif nazirliklərin və texniki qurumların təmsilçiləri daxil olub. Görüşdə müharibədən sonrakı bərpa, enerji və infrastruktur sahələrində əməkdaşlıq, mədəni mübadilə və regional proseslərin ortaq qiymətləndirilməsi müzakirə edilib.
Suriya Prezidenti
Əhməd Şaraa iki ölkə arasında dərin tarixi əlaqələri və
münasibətlərin qarşılıqlı hörmət əsasında inkişaf etdirilməsinin
vacibliyini qeyd edib. Samir Şərifov isə Prezident İlham Əliyevin
salamlarını çatdıraraq , Azərbaycanın Suriyanın bərpasında və
investisiya layihələrində aktiv iştirak etmək niyyətində olduğunu
bildirib.
Netanyahunun səfəri təxirə salındı
Azərbaycan-Suriya təmaslarının fonunda İsrail Baş naziri Benyamin
Netanyahunun mayın 8-nə planlaşdırılan Bakıya səfərinin
təhlükəsizlik səbəbilə təxirə salınması da diqqət çəkib. İsrail Baş
Nazirinin ofisindən verilən açıqlamada səfərin təhlükəsizlik
vəziyyəti və diplomatik gərginlik səbəbindən təxirə salındığı
açıqlansa da, diplomatik dairələrdə bu vaxt sadəcə təsadüf kimi
görünmür.
Strateji baxış: Bakının diplomatik
manevrləri
Samir Şərifovun Dəməşq səfəri bir neçə mühüm strateji siqnal
verir:
Diplomatik təcridin yumşaldılması: Azərbaycan, Suriyanın beynəlxalq arenaya qayıtmaq səylərinə dəstək verərək, praqmatik yanaşma sərgiləyir.
İnvestisiya və bərpa imkanları: Bakı Suriyanın enerji və infrastruktur layihələrində iştirak edərək iqtisadi əməkdaşlığı gücləndirmək istəyir.
Regional balans siyasəti: Səfər Ankara, Tehran, Moskva və Təl-Əviv kimi əsas paytaxtlara dolayı mesajlar verir və Azərbaycanın balanslı siyasətini nümayiş etdirir.
Suriya türkmənləri ilə ortaq zəmin: Suriyadakı türkmən icması vasitəsilə Azərbaycan mədəni və humanitar diplomatiyada aktiv rol oynaya bilər.
Vasitəçilik potensialı: Bakı Suriya, İsrail və Türkiyə arasında dolayı əlaqələrin qurulmasına diplomatik zəmin yarada bilər.
İsrail-Azərbaycan münasibətlərində elastiklik: Netanyahunun səfərinin təxirə salınması Bakının İsraillə strateji əlaqələrini pozmadan Yaxın Şərqdə yeni mövqelər formalaşdırmaq istədiyini göstərir.
Samir Şərifovun Dəməşqə səfəri Azərbaycanın Cənubi Qafqazdakı mövqeyinin Yaxın Şərqlə inteqrasiyası və geniş geosiyasi rol oynaması istiqamətində atdığı addımların davamıdır. Qarabağdakı hərbi və diplomatik uğurdan sonra Bakı regional güc arxitekturasında yeni mövqe qazanmağa çalışır və çoxtərəfli, dinc və konstruktiv diplomatiya konsepsiyasını önə çəkir.
Bu cür diplomatik əlaqalər həm Suriyanın diplomatik təcriddən çıxmasına dəstək verir, həm də Azərbaycanın balanslı və prinsipial xarici siyasət kursunun davamı kimi qiymətləndirilir.