Əsas səhifə » Niderlandda İsrail casusluq edən millət vəkili saxlanılıb

Niderlandda İsrail casusluq edən millət vəkili saxlanılıb

Bakı, VOA

Niderlandda İsrailə casusluq etdiyi aşkarlanan millət vəkili Gidi Markuszower hökumətdən kənarlaşdırılıb həmçinin Avstraliyada İsrail ordusuna qoşulmağa hazırlaşan üç nəfər də saxlanılıb.

VOA xəbər verir ki, Niderlandın Milli Təhlükəsizlik Xidməti (AIVD) Markuszowerin Hollandiyada yaşayan 46 yaşlı bir şəxsin məxfi məlumatlarını İsrailə ötürdüyünə dair hesabat hazırlayıb.

Bu hadisədən sonra Niderlandın baş naziri Geert Vilders, Markuszowerin sığınacaq və miqrasiya naziri vəzifəsinə namizədliyini geri çəkmək qərarına gəlib.

Qeyd edək ki, 2010-cu ildə Markuszower AIVD tərəfindən təhlükəli şəxs kimi qeyd edildikdən sonra parlamentə namizədliyini geri götürmək məcburiyyətində qalmışdı.

Onu da əlavə edək ki, Markuszower siyasi karyerasına İsrailin baş naziri Benyamin Netanyahunun Partiyasının Niderland sözçüsü kimi başlayıb.

İsrailə qarşı daha bir hadisə Avstraliyada baş verib. Üç Avstraliya vətəndaşı İsrail Müdafiə Qüvvələrində (IDF) xidmət etmək üçün ölkəni tərk etməyi planlaşdırmaqda şübhəli bilinərək saxlanılıb.

Saxlanılan şəxslərin İsrail ordusunda pullu əsgər kimi xidmət edəcəyi ehtimal edilir.

Ümumilikdə dörd Avstraliya vətəndaşı 2023-cü il oktyabrın yeddisindən İsrailə gedib və İDF sıralarına qoşulub. Avstraliya Daxili İşlər Nazirliyi İsrail ordusuna qoşulmaqda şübhəli bilinən dörd Avstraliya vətəndaşından üçü ilə bağlı araşdırmalarını davam etdirir.

Digər Kateqoriyalar

2025 © Azervoice