Əsas səhifə » Rəfah əməliyyatı demək olar ki, tamamlanıb

Rəfah əməliyyatı demək olar ki, tamamlanıb

Bakı,VOA

Rəfah əməliyyatının məqsədləri demək olar ki, tamamlanıb.

VOA xəbər verir ki, bu haqda İsrail ordusunun bəyanatında deyilir.

Bəyanatda bildirilib ki, Qəzza zolağının cənubundakı Rəfah şəhərinin təxminən 60-70 faiz ərazisi hazırda İsrail qüvvələrinin “əməliyyat nəzarəti” altındadır.

“Müharibə başlamazdan əvvəl Qəzza zolağına rəhbərlik edən Fələstinin HƏMAS hərəkatının döyüş hissələrinin yarısı tam olaraq məhv edilib”-deyə bəyanatda bildirilir.

Qeyd edək ki, bu il mayın əvvəlində İsrail HƏMAS-ın son döyüş hissələrini məhv etmək məqsədi ilə Misirlə sərhəddə yerləşən Rəfah şəhərində hərbi əməliyyata başlamışdı.

Digər Kateqoriyalar

2025 © Azervoice