Bakı,AzerVoice
Qəzzanın məruz qaldığı şey bölgəyə və dünyaya sabitlik verməyəcək, əksinə bu daha çox zorakılıq və münaqişə gətirəcək.
AzerVoice xəbər verir ki, bu sözləri İordaniya kralı II Abdullah cümə axşamı Bəhreyn sammitində ərəb liderləri qarşısında çıxışı zamanı deyib.
İordaniya Kralı həmçinin UNRWA-nın humanitar rolunu yerinə yetirməsi üçün dəstəyin davam etdirilməsinin və İordan çayının qərb sahili ilə Qəzza zolağı arasında heç bir ayrı-seçkilik olmamasını təmin etmək üçün beynəlxalq səylərin səfərbər edilməsinin zəruriliyini vurğulayıb.
“Müharibə dayandırılmalı və dünya yetmiş ildən artıqdır davam edən münaqişəyə son qoymaq üçün mənəvi və humanitar məsuliyyət daşımalıdır”,- deyə II Abdullah çıxışına əlavə edib .