138
Bakı. AzerVoice:
Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özəllə görüş iqtidarla müxalifət arasında müsbət bir hadisədir.
AzerVoice xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
"Özgür Özəlin CHP sədri olduqdan sonra belə bir səfər etməsi iqtidarla ana müxalifət arasında müsbət haldır. Təəssüf ki, əvvəlki proseslərdə belə addımlar atılmırdı. Türkiyənin, türk siyasətinin buna ehtiyacı var", - deyə o əlavə edib.
Qeyd edək ki, 2 may tarixində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özəl ilə görüşüb.