Bakı. AzerVoice:
Türkiyənin Beynəlxalq Ədalət Məhkəməsində İsrailə qarşı qaldırılan soyqırım işini dəstəkləmək qərarı Fələstin xalqı üçün son dərəcə əhəmiyyətlidir.
AzerVoice xəbər verir ki, bu barədə HƏMAS açıqlayıb.
Məlumata əsasən, HƏMAS-ın bəyanatında Türkiyənin İsraillə ticarətini kəsmək və Cənubi Afrikanın BƏƏ-də İsrailə qarşı açdığı soyqırım iddiasına müdaxilə etmək qərarlarına yer verilib.
Qeyd edək ki, 3 may tarixində Türkiyə İsrail ilə ticari əlaqələri dayandırıb.
Türkiyə xarici işlər naziri Hakan Fidan Türkiyənin mayın 1-də Beynəlxalq Ədliyyə Məhkəməsində İsrailə qarşı qaldırılan soyqırım işinə dəstək qərarını açıqlayıb.