Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Baş xəbər

    İsrail ordusu Qəzzadakı qaçqın düşərgəsini bombalayıb

    1 May 2024 21:30
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    Bakı. AzerVoice:

    İsrail ordusu Qəzzadakı Nusayrat Qaçqınlar Düşərgəsini bombalayıb.

    AzerVoice xəbər verir ki, bu barədə Fələstin Qızıl Aypara Cəmiyyəti açıqlama verib.

    Açıqlamada, Nusayrat düşərgəsində bombalanan evdən tibbi qrupların bir nəfərin cəsədini çıxardığını, beş yaralının isə xəstəxanalara aparıldığı bildirilib.

    Məlumat üçün bildirək ki, hücum zamanı dağıntılar altında çoxlu sayda insan qalıb. Bölgədə dağıntılar altında olan yaralıların axtarışları davam etdirilir.

    Qeyd edək ki, Qəzzanın Səhiyyə Nazirliyi bildirir ki, Qəzzada 34 mindən çox fələstinli öldürülüb və 2,3 milyon əhalisinin əksəriyyəti evlərini tərk etmək məcburiyyətində qalıb.

    Nazirlik öz sayında mülki şəxslər və döyüşçülər arasında fərq qoymur, lakin qadınların və uşaqların ölənlərin üçdə ikisini təşkil etdiyini bildirir.

    İsrail dinc sakinlərin ölməsində HƏMAS-ı günahlandırır, çünki yaraqlılar sıx yaşayış məntəqələrində döyüşürlər.

    İsrail heç bir sübüt təqdim etmədən 13 min HƏMAS döyüşçüsü öldürdüyünü bildirib.

    Bu arada Qəzzada döyüşlər davam edir. İsrailin Qəzzanın cənubunda BMT-nin fələstinli qaçqınlarla işləyən agentliyi olan UNRWA-nın qida paylama məntəqəsinə endirdiyi zərbə nəticəsində agentliyin bir əməkdaşı həlak olub, 22 nəfər yaralanıb.

    UNRWA-nın məlumatına görə, son beş ayda gedən döyüşlər zamanı agentliyin həlak olan işçilərinin sayı 165-ə çatdırıb.

    Qəzzanın səhiyyə orqanları UNRWA anbarının həyətinə endirilən zərbə nəticəsində ümumilikdə 5 nəfərin öldüyünü bildirib.

    Hafiz Rufizoğlu

    Xəbərlərimizi “WhatsApp” kanalımızdan oxuyun

    #İsrail #Fələstin #Qəzza zolağı #BMT #HƏMAS
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib

    15 Noyabr 2025 11:51

    9 ölkədən BMT-dəki Qəzza qətnaməsinə birgə dəstək

    15 Noyabr 2025 11:24

    Təhdid və təzyiqlər qarşısında geri çəkilməyəcəyik - İran

    15 Noyabr 2025 09:56

    İndoneziya Qəzzada sülhməramlı əməliyyata 20 min əsgər hazırlayır

    14 Noyabr 2025 17:24

    İraq müharibəsinin başqa bir memarı - Kondoliza Rays kimdir?

    14 Noyabr 2025 12:17

    G7-nin İranla bağlı iddiaları beynəlxalq hüquqa ziddir - İran XİN

    14 Noyabr 2025 10:17

    Ceyhun Bayramov Pakistanın ombudsmanı ilə əməkdaşlıq məsələlərini müzakirə edib

    13 Noyabr 2025 18:30

    İordan çayının qərb sahilində məscid yandırıldı

    13 Noyabr 2025 17:17

    Qəzzada 282 mindən çox ev dağıdılıb və ya zərər görüb - BMT

    13 Noyabr 2025 17:05

    İsrail, atəşkəsi pozaraq Livanda 114 mülki şəxsi öldürüb - BMT

    13 Noyabr 2025 15:36

    ABŞ və İsrail beynəlxalq hüquq pozuntularına görə cavab verməlidir - İran BMT-yə müraciət etdi

    13 Noyabr 2025 15:21

    Qəzzada atəşkəs dəfələrlə pozulub, lakin hələ də qüvvədədir- Quttereş

    13 Noyabr 2025 09:59
    Demo
    XƏBƏR LENTİ

    Növbəti köç karvanı Zəngilanın Məmmədbəyli kəndinə çatıb (FOTO)

    Balıkesirdə 4,4 bal gücündə zəlzələ baş verib

    Türkiyənin Kocaeli limanı 7 mindən çox gəmi qəbul edib (ÖZƏL)

    Azərbaycan nümayəndə heyəti Daşkənddə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib

    Yanvar-oktyabr aylarında əlilliyi olan 117 min şəxs reabilitasiya xidmətləri ilə təmin edilib

    Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib

    Adil Kərimli Daşkənddə Nazirlər Konfransında çıxış edib

    9 ölkədən BMT-dəki Qəzza qətnaməsinə birgə dəstək

    Türkiyədən Özbəkistana xalça ixracı 3 milyon dolları keçib (ÖZƏL)

    Türkiyənin milli futbol komandası Bursada Bolqarıstanla qarşılaşacaq

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.