Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Baş xəbər

    Səudiyyədən Türkiyə, Qətər və İrana qarşı yeni həmlə

    22 Fevral 2025 22:00
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    Bakı, AzerVoice

    Səudiyyə Ərəbistanı regional məsələlərdə uzun sürən laqeydlik seçiminin mənfi təsirindən sonra bölgədə öz təsirini yenidən bərpa etmək üçün geri dönməyi qərara alıb.

    AzerVoice ArabAZ-a istinadən xəbər verir ki, xüsusilə Suriyanın İran təsirindən çıxaraq, dolayı da olsa Qətər və Xüsusilə də Türkiyə təsirinə düçməsindən sonra daha ciddi çəkildə krallığın xarici siyatəində gündəm mövzu olub.Məsələ regionda artan Türkiyə və Qətəri sıxışdırmaq deyil, eyni zamanda da İran boşluğunu maksimum doldurmaqdır. Xüsusən də Suriya, Livan, gələcək də isə İraq və Yəməndə.

    Lakin yenidən önə çıxma macərası yüksək səbr, geniş imkanlar və Türkiyə, Qətər və İranla rəqabət aparan ölkələrlə etibarlı əlaqələr şəbəkəsi qurmağı tələb edir.

    Krallıq, öz maliyyə və sərmayə gücü ilə Suriyada Qətər və Türkiyənin təsirini zəiflətməyə çalışır – bu, həm krallığın təhlükəsizliyi, həm də regiondakı gələcək planları üçün vacibdir.

    Böyük məqsədlər uğrunda görülməsi gərəkən işlərdən biri də,regionda möhkəmlənərək, İranın Livana doğru irəliləməsinin qarşısını almaq və Tehranın Hizbullah, HƏMAS və digər islamçı qrupları silahlandırmaq planlarını dayandırmağa məcbur etməkdir.
    Əsəd regimin devrilməsindən sonra Suriya rəsmilərinin ilk xarici səfəri Səudiyyə Ərəbistanı olsa da , krallıq üçün Suriyadakı vəziyyət olduqca mürəkkəb kimi qiymətləndirilir. Əgər Səudiyyə Ərəbistanı Əsəd ilə son illərdə başlatdığı yaxınlşama prosesini daha tez həyata keçirə bilsəydi bəlkə də hər şey daha başqa cür ola bilərdi. Səudiyyə rəsmiləri və “dərin dövlət” hesab edirdi ki, Əsədə maliyyə dəstəyi ilə hakimiyyətdə saxlayaraq Əsədin İranla pisləşməyə doğru gedən əlaqələrini fürsət kimi sitifadə edərək, ələvi lideri öz maraq dairələri çəkə biləcəklər. Amma belə olmadı…

    Daha sonra gec də olsa bəlli olduq ki, Ankara və Doha Suriyada yeni hakimiyyət qurmağa çalışır və bu hakimiyyət öz qapılarını krallıq üzünə tam açmayacaq .Səudiyyənin “ Dəməşq kandarından” tam keçməsinə mane olan əsas səbəb isə, Ankara və Dohanın Suriyada onillərdin öz təsirini gücləndirməsidir. Məhz bu dəstək sayəsində Suriyada rejim dəyişiliyi baş verdi.Ər-Riyad yaxşı anlayır ki, yerli tərəfdaş və ya müttəfiq tapmasa, nüfuz qazanmaq ən yaxşı halda çətinləşəcək və ya sadəcə olaraq mümkün olmayacaq.
    Lakin Yaxın Şərqdə imkanlar tükənmir… Səudiyyə bur alternativ olaraq bir zamanları Əsədin devrilməsi ümün dəstək verdiyi silahlı qruplarla əlaqələrini canlandıra bilər. Amma probem ondadır ki, bu ünsiyyət və ola biləcək ehtimal maddi dəstək, Yəməndə başlaya biləcək yeni müharibə riski ilə yarımçıq qala bilər.

    Digər tərəfdən Suriyada islamçıların dəstəklənməsi ilə krallığın maraqları arasında yaranan ziddiyyətin içində qalacaq. Məsələ ondadır ki, ehtimal olunan bu plan Şahzadə Məhəmməd bin Salman tərəfindən aparılan müasirləşdirmə islahatları və krallığın regionda islamçı təsirin məhdudlaşdırılması istiqamətində qurduğu siyasətlə toqquşur. Hal hazırda modernləçmə krallığın daxili və xarici siyasətində əsas istiqamət kimi görülür.

    Səudiyyə planı daha öncə qeyd etdiyimiz kimi, yalnız bir məsələ ilə məhdudlaşmır, o həm Türkiyə və Qətər təsirinin minimuma endirilməsini, həm də Livan və İraqda İran təsiri ilə rəqabəti nəzərdə tutur.

    Livanda mövcud vəziyyət – yeni prezident seçilməsi və Hizbullahın təsirindən uzaq bir hökumətin qurulması, Səudiyyə üçün böyük bir fürsət yaradır. Ölkə təcili maliyyə və sərmayə dəstəyinə ehtiyac duyur və hər kəs Ər-Riyadı əsas maliyyə tərəfi kimi qiymətləndirir. Bu, Səudiyyənin siyasi şərtlərini tətbiq etmək üçün fürsət olsa da, heç kim Hizbullahən yenidən canlanmayacağını və daha əvvəlki illərdə olduğu kimi Livanda Səudiyyə və sünni təsirini minimumam endirməyəcəyini zəmanət verə bilməz.

    Buna baxmayaraq Krallıq sabiq baş nazir Saad əl-Haririnin yenidən Livan siyasi həyatına qayıtmasını da maliyyələşdirir. Əvvəl ki illərdən fərqli olaraq hazırda əl-Hariri ümün Livanda daha münasibə bir siyasi mühit var. Əl-Haririnin siyasi fiqur kimi güclənmısi üçün Səudiyyənin xristina və partiyalara da dəstək verəcəsyi ehtimallar arasındadır. Bu dəstək gələcəkdə Hizbullahla yarana biləcək hər növ siyasi koalisiyalara qarşı qabaqlayıcı tədbir hesab edilir.

    Livan ordusuna maliyyə yardımları və təhlükəsizlik sahəsində koordinasiyalı dəstək göstərilməsi də, Səudiyyə nüfuzunun təmin olunmasında və Hizbullahın – ən azından pərdə arxasından – yerli təsirinin yenidən yaranmasının qarşısının alınmasında mühüm rol oynayacaq.

    Ər-Riyad, İranın təsirinin hakim olduğu İraqda yaranan ümumi qarışıqlıqdan yararlanaraq, ya İranın mövqeyinə qarşı duran qrupları və şəxsiyyətləri siyasi əməkdaşlığa cəlb edəcək, ya da Məhəmməd Şiə əl-Sudani hökumətini tədricən İran təsirindən uzaqlaşdıraraq nüfuz qazanmağa çalışacaq.
    Təbii ki bu o qədər də asan olmayacaq. Ən azından ona görə ki, İraq höküməti hal ahzırda ölkədəki şiə silahlı qruplardan olduqca ehtiyat edir. Bu qruplar İraqda olsada ideoloji baxımdan İrana sadiqdirlər.

    Eyni zamanda, Ər-Riyadın uzun müddətdir xroniki çatışmazlıq yaşayan İraqın enerji sektoruna və daha geniş özəl sektora sərmayə qoyması, yerli və siyasi dəstəyin qazanılması və Bağdadda İranın elektrik təminatına olan asılılığın azaldılması məqsədilə həyata keçiriləcək.

    Keçən ilin 4 noyabrında Səudiyyə ilə İraq arasında imzalanan hərbi və müdafiə əməkdaşlığı razılaşması, rəsmi xəbər agentliyinə görə “irəliyə doğru mühüm addım” adlandırılıb. Bu razılaşma, 2022-ci ilin iyulunda elektrik şəbəkələrinin birləşdirilməsi və İraqa 1000 meqavat enerji təmin etmək məqsədilə imzalanan razılaşmadan sonra həyata keçirilib.

    Son illərdə Səudiyyə, İraqla rəsmi və qeyri-rəsmi kanallar vasitəsilə loyal siyasi fiqurların qəbulunu təmin etməyə çalışıb. Lakin İraqda Səudiyyənin daha rahat hərəkət etəsinin qarşısında İrana bağlı silahlı şiə qruplaşmaların durmasıdır.

    Tam əminkilə söyləmək olar ki, regionda İranın təsirinin qismən də olsa azalması, Səudiyyə planlarının həyata keçməsi üçün kifəyət etmir. Bu proses olduqca çox vaxt alacaq. Həmçinin Suriyada, Qətər və Türkiyənin güclü maliyyə, media və siyasi dəstək nüfuzuna qarşı mübarizə aparmaq düşünüldüyü kimi asan olmayacaq.

    #Türkiyə #İran #Səudiyyə Ərəbistanı #Livan #Qətər #İraq #HƏMAS #Yəmən #Suriya
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Gürcüstanda qəzaya uğrayan hərbi təyyarənin qara qutusu Türkiyəyə gətirilib

    13 Noyabr 2025 11:04

    Ərdoğan Gürcüstan Prezidenti ilə telefon danışığı aparıb

    13 Noyabr 2025 02:00

    Türkiyə və Misir Qəzzə ilə bağlı ortaq mesaj yayınlayıb

    12 Noyabr 2025 21:02

    Azərbaycan-Gürcüstan sərhədində təyyarə qəzası ilə bağlı axtarış-xilas işləri davam edir - Duran

    12 Noyabr 2025 17:56

    İran, Çin və Rusiya MAQATE ilə nüvə məsələlərini müzakirə edib

    12 Noyabr 2025 16:44

    Şeybani Londona gedərək ikitərəfli məsələləri müzakirə edəcək

    12 Noyabr 2025 15:56

    Ərdoğan Milliyyətçi Hərəkat Partiyası sədri Dövlət Bahçeli ilə görüşəcək

    12 Noyabr 2025 15:47

    Ər-Riyad yeni siyasi qaydalar formalaşdırır

    12 Noyabr 2025 15:00

    Gürcüstan Türkiyə ilə birgə hərbi təyyarə qəzası üzrə Beynəlxalq İstintaq qrupu yaradıb

    12 Noyabr 2025 14:38

    Sudani parlament seçkilərində böyük qələbə qazanıb

    12 Noyabr 2025 14:19

    Səudiyyə Ərəbistanı region və dünyada təhlükəsizliyin təmininə dəstəyini təsdiqləyir

    12 Noyabr 2025 12:49

    İran və Səudiyyə Ərəbistanı 2026-cı il Həcc ziyarətinin təşkili üzrə saziş imzalayıb

    12 Noyabr 2025 11:21
    Demo
    XƏBƏR LENTİ

    Türkiyənin Bodrum limanı 3 mindən çox gəmi qəbul edib (ÖZƏL)

    C-130 təyyarələrinin uçuşları tədbir məqsədilə dayandırılıb - Türkiyə MN

    Prezident Administrasiyasının rəhbəri Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsini ictimaiyyətə təqdim edib

    Göyçayın yeni icra başçısı kollektivə təqdim olunub

    Kürdəmirin yeni icra başçısı kollektivə təqdim olunub

    Misir fironları Qahirənin mərkəzində

    Türkiyədən Qazaxıstana tekstil ixracı 66 milyon dolları keçib (ÖZƏL)

    Azərbaycan nümayəndə heyəti Pakistanın Maliyyə Bazarları ilə İkitərəfli Əməkdaşlığı Gücləndirmək üçün Rəsmi Səfərdədir

    Hazırda məktəbəqədər bir uşağın dövlətə düşən illik xərci təxminən 4500 manat təşkil edir - Emin Əmrullayev

    Gürcüstanda düşən Türkiyə C-130 təyyarəsindəki son şəhidin də nəşi tapılıb

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.