Bakı,AzerVoice
Malayziyada İsraillə əlaqələrdə ittiham olunan aparıcı brendlər, mallarının yerli əhali tərəfindən boykot edilməsi fonunda gəlirlərinin azalmasından ehtiyat edirlər.
AzerVoice xəbər verir ki,keçən ilin oktyabr ayından bəri İsrailin Qəzzada hərbi əməliyyatlara başlamasından bəri, bir çox Malayziya vətəndaşı İsrailə kömək etdiyini və ya Qəzzanı işğalını asanlaşdırdığını iddia etdikləri Qərb şirkətlərinin məhsullarını almaqdan imtina edirlər.
Əhalisinin əksəriyyəti müsəlman olan Cənub-Şərqi Asiya ölkəsində İsrailə açıq şəkildə dəstək verən ABŞ mənşəli Starbucks qəhvə şəbəkəsi olub və boykot sonrası onların Malayziyada gəlirləri 40 faizə yazın azalıb.
Digər bir tərəfdən,İnstaqram səhifəsində “Starbucks Malaysia” postunda boykota məruz qalan 400 mağazasından bəzilərində "zorakılıq və vandalizm aktlarını" ilə qarşılaşdığını və bəzi işçilərinin hücumuna məruz qaldığını bildirdi.
Bununla belə, “Starbucks Malaysia” heç bir nümunə və ya sübut təqdim etmədi.
Daha sonra isə şirkət İsraildə heç bir mağazasının olmadığını və İsrail hökumətinə və ya ordusuna maliyyə dəstəyi vermədiyini bildirən bir bəyanat verdi.
“Sosial şəbəkələrdə yalan məlumatların yayılmasına baxmayaraq, bizim heç bir siyasi planımız yoxdur. Biz qazancımızdan heç bir yerdə hökumət və ya hərbi əməliyyatları maliyyələşdirmək üçün istifadə etmirik və heç vaxt da istifadə etməmişik”,-deyə bəyanatda bildirilir.
Lakin İsraillə əlaqələrin inkar edilməsi sosial mediada Malayziyanın “qəzəbini” ram etmədi, istifadəçilər şirkətdən daha birmənalı mövqe nümayiş etdirməyi tələb etdilər.
Qeyd edək ki, Malayziyanın İsraillə rəsmi əlaqələri yoxdur, uzun müddətdir ki, fələstinlilərin hüquqlarını və onların suveren dövlətçilik uğrunda mübarizəsini dəstəkləyir və israillilərin onun ərazisinə daxil olmasını qadağan edir.
Malayziya keçən ilin dekabr ayında İsrail və İsrailə gedəcək gəmilərin limanlarına yanaşmasına qadağa qoyub.
İƏT həmçinin beynəlxalq ictimaiyyəti İsrail işğalının törətdiyi soyqırım cinayətlərinin dayandırılması, Fələstin mülki əhalisinin beynəlxalq müdafiəsinin təmin edilməsi, əsas ləvazimatların və daimi təcili humanitar yardımın çatdırılmasını təmin etmək üçün təcili müdaxiləyə çağırışını təzələyib.
Qeyd edək ki, 29 fevral tarixində Qəzza şəhərinin cənubundakı Dovar ən-Nablusi yaxınlığında yüzlərlə fələstinli yardım gözləyərkən İsrail tərəfindən atəşə tutulub.
Nəticədə yardım gözləyən 120 nəfər həlak olun minə yaxın insan müxtəlif dərəcədə zədə alıb. Ölənlər arasıdan uşaq və qadınlar da var.
İsrailin 7 oktyabrdan bəri Qəzza zolağına təşkil etdiyi hücumlarda ən az 12 min 660-ı uşaq, 8 min 570-i qadın olmaqla, 30 mindən çox fələstinli həlak olub, 70 min nəfər isə yaralanıb.
Dağıntılar altında hələ də minlərlə ölü olduğu bildirilərkən, insanların sığındığı xəstəxana və təhsil müəssisələri hədəf alınaraq mülki infrastruktur da məhv edilir.
Qəzzada 1,9 milyon fələstinli havadan, qurudan və dənizdən edilən hücumlar səbəbilə didərgin düşüb.
İsrailin maneələri səbəbindən bölgəyə kifayət qədər yardım çatdırıla bilmir. Fələstinlilər bir tərəfdən İsrailin hücumları ilə, digər tərəfdən isə hər gün dərinləşən aclıqla mübarizə aparır.