Bakı,AzerVoice
İslam Əməkdaşlıq Təşkilatı İsrailin Fələstin xalqına qarşı davam edən təcavüzünü müzakirə etmək üçün Xarici İşlər Nazirləri Şurasının fövqəladə iclasını keçirəcək.
AzerVoice xəbər verir ki, iclas çərşənbə axşamı İƏT-in Ciddədəki mənzil-qərargahında keçiriləcək.
11 oktyabr 2023-cü il tarixində Səudiyyə Ərəbistanı Ər-Riyadda İƏT və Ərəb Liqasının təşkilatçılığı ilə fövqəladə Birgə Ərəb və İslam Sammitinə ev sahibliyi edib.
Konfrans bir sıra qərarlar,qəbul edərək, xüsusilə də İsrailin Fələstin xalqına qarşı təcavüzünü dayandırmaq üçün üzv dövlətlərin xarici işlər nazirləri komitəsinin dünya paytaxtlarını və beynəlxalq təşkilatları gəzməsini tapşırıb.
Oktyabrın 7-dən etibarən İsrailin Fələstin xalqına qarşı qəddar təcavüzünün dayandırılması istiqamətində davam edən səyləri çərçivəsində İƏT oktyabrın 18-də öz qərargahında xarici işlər nazirləri səviyyəsində fövqəladə açıq icra komitəsinin iclasını keçirib.
İƏT həmçinin beynəlxalq ictimaiyyəti İsrail işğalının törətdiyi soyqırım cinayətlərinin dayandırılması, Fələstin mülki əhalisinin beynəlxalq müdafiəsinin təmin edilməsi, əsas ləvazimatların və daimi təcili humanitar yardımın çatdırılmasını təmin etmək üçün təcili müdaxiləyə çağırışını təzələyib.
Qeyd edək ki, 29 fevral tarixində Qəzza şəhərinin cənubundakı Dovar ən-Nablusi yaxınlığında yüzlərlə fələstinli yardım gözləyərkən İsrail tərəfindən atəşə tutulub.
Nəticədə yardım gözləyən 120 nəfər həlak olun minə yaxın insan müxtəlif dərəcədə zədə alıb. Ölənlər arasıdan uşaq və qadınlar da var.
İsrailin 7 oktyabrdan bəri Qəzza zolağına təşkil etdiyi hücumlarda ən az 12 min 660-ı uşaq, 8 min 570-i qadın olmaqla, 30 mindən çox fələstinli həlak olub, 70 min nəfər isə yaralanıb.
Dağıntılar altında hələ də minlərlə ölü olduğu bildirilərkən, insanların sığındığı xəstəxana və təhsil müəssisələri hədəf alınaraq mülki infrastruktur da məhv edilir.
Qəzzada 1,9 milyon fələstinli havadan, qurudan və dənizdən edilən hücumlar səbəbilə didərgin düşüb.
İsrailin maneələri səbəbindən bölgəyə kifayət qədər yardım çatdırıla bilmir. Fələstinlilər bir tərəfdən İsrailin hücumları ilə, digər tərəfdən isə hər gün dərinləşən aclıqla mübarizə aparır.