Bakı. AzerVoice:
2023-cü ildə Türkiyədə 101 min 164 nəfər İran əsilli Türkiyə vətəndaşı qeydə alınıb ki bu da, 2022-ci ildə Türkiyə vətəndaşlığı alan iranlıların sayından 15 min 862 nəfər azdır.
AzerVoice xəbər verir ki, keçən il Türkiyədə qeydə alınan İran əsili Türkiyə vətəndaşlarından qadın olanların sayı 53 min 780 təşkil edib ki , bu da 2022-ci ildə qeydə alınan qadın yeni kateqoriyadan olanlardan 6 min 419 nəfər azdır.
Türkiyədə qeydə alınan İran əsili Türkiyə vətəndaşlarından kişi olanların sayı 47 min 384 təşkil edib ki, bu da 2022-ci ildə qeydə alınan qadın yeni kateqoriyadan olanlardan 9 min443 nəfər azdır.
Qeyd edək ki, Türkiyənin əhalisi 2023-cü ildə bir əvvəlki ilə görə 92 min 824 nəfər artaraq 85 milyon 372 min 377 nəfərə çatıb.
Müvafiq olaraq, 2022-ci il etibarilə 85 milyon 279 min 553 olan ölkə əhalisi, keçən il 92 min 824 nəfər artaraq 85 milyon 372 min 377 nəfərə çatıb. Əhalinin kişi sayının göstəricisi 50,1 faiz (42 milyon 734 min 71 nəfər), qadınların sayı isə 49,9 faiz (42 milyon 638 min 306 nəfər) olub. Əhalinin illik artım tempi 2022-ci ildə 7,1 olduğu halda, 2023-cü ildə mində 1,1-ə düşüb. Şəhər və rayon mərkəzlərində yaşayan əhalinin nisbəti 2022-ci ildə 93,4 faiz, 2023-cü ildə isə 93 faiz təşkil edib. Şəhər və kəndlərdə yaşayan əhalinin xüsusi çəkisi 6,6 faizdən 7 faizə yüksəlib.
