Əsas səhifə » Dünyanın ən acı maddəsi tapılıb

Dünyanın ən acı maddəsi tapılıb

BAKI, AzerVoice

Dünyanın ən acı maddəsi tapılıb– 1 qramı 106 qab suyu acılaşdıra bilər.

AzerVoice xəbər verir ki, Almaniyanın Leybniz Qida Sistemləri Biologiyası İnstitutunun alimləri Amaropostia stiptica adlı rəf göbələyindən çıxarılan "oliqoporin D" adlı maddənin dünyanın indiyə qədər kəşf edilən ən acı maddəsi olduğunu müəyyən ediblər.

Tədqiqat zamanı göbələkdən əldə edilən üç birləşmənin insan dilindəki acı dad reseptorlarına təsiri öyrənilib. Onlardan biri – oliqoporin D – son dərəcə güclü acı dad yaratmaq qabiliyyətinə malikdir. Belə ki, 1 qram maddənin 106 küvet suya qarışdırılması belə acı dadın hiss olunmasına səbəb olur.

Maraqlıdır ki, bu maddələr zəhərli deyil, sadəcə dad baxımından son dərəcə sərtdirlər. Alimlər bildirir ki, bu birləşmələr ağızla yanaşı, mədə, bağırsaq, ürək və hətta ağciyərlərdə yerləşən acı reseptorları da aktivləşdirə bilir. Bu isə acı reseptorların orqanizmdə daha geniş funksiyalara malik ola biləcəyini göstərir.

Qeyd edək ki, tədqiqatın həmmüəllifi Dr. Maik Behrens bu cür kəşflərin dad qavrayışını anlamaqda və yeni maddələrin təsirlərini proqnozlaşdırmaqda mühüm rol oynadığını bildirib. O da vurğulanıb ki, hər acı maddə zəhərli deyil, eynilə hər zəhərli maddənin də mütləq acı dadı olmur.

Digər Kateqoriyalar

2025 © Azervoice