Əsas səhifə » Laçında baş verən avtoqəzanın təfərrüatları məlum olub

Laçında baş verən avtoqəzanın təfərrüatları məlum olub

Bakı. AzerPress:

Laçında avtoqəzaya düşərək yaralanan hərbçilər Xankəndi və Bərdəyə aparılıb.

AzerPress xəbər verir ki, avtomobildə 11 nəfər olub. Onlardan 2-si həlak olub, 2-si ağır vəziyyətdə Xankəndi xəstəxanasına yerləşdirilib. Digər xəsarət alanlar isə Bərdə Rayon Mərkəzi Xəstəxanasına gətirilib.

Qeyd edək ki, yanvarın 4-ü Laçın rayonunda, çətin relyefli dağlıq ərazidə hərbi nəqliyyat vasitəsinin qəzaya uğraması nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları İsmayılov Həsən Ümid oğlu və Axundov Səxavət Fərasət oğlu həlak olub.

Digər Kateqoriyalar

2025 © Azervoice