BAKI, AzerVoice, Nailə Babazadə
Azərbaycanlıların Türkiyədə Əmlak Alışı
2025-ci il üzrə müqayisəli hesabat
2025-ci ilin yanvar-dekabr aylarında Azərbaycan vətəndaşları Türkiyədə 944 daşınmaz əmlak satın alıblar ki, bu da 2024-cü ilin ilin eyni dövrü ilə müqayisədə 78 obyekt çoxdur.
Bu barədə AzerVoice -ə Türkiyənin Torpaq Kadastrı və Daşınmaz Əmlak Alqı-Satqısı üzrə Dövlət orqanından məlumat verilib.
Məlumata görə, keçən ilin dekabr ayında Azərbaycan vətəndaşları Türkiyədə 113 daşınmaz əmlak alıblar ki, bu da 2024-cü ilin dekabr ayı ilə müqayisədə 3 obyekt çoxdur.
Qeyd edək ki, 2025-ci ilin dekabr ayında Türkiyədə 254 min 77 mənzil satın alınıb ki, bu da 2024-cü ilin dekabr ayı ilə müqayisədə 19,8 faiz çoxdur.
Məlumata görə, 2025-ci ilin yanvar- dekabr aylarında Türkiyədə 1 milyon 688 min 910 mənzil satın alınıb.
"Bu göstəricilər 2024-cü ilin eyni dövrü ilə müqayisədə 14,3 faiz çoxdur", - deyə nazirlikdən qeyd edilib.
2025-ci ilin dekabr ayında Türkiyədə xarici vətəndaşlara 2 min 934 mənzil satılıb ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 9,4 faiz azdır.
Keçən ilin yanvar- dekabr aylarında əcnəbi vətəndaşlar Türkiyədən 21 min 534 mənzil alıblar ki buda 2024-cü ilin eyni dövrü ilə müqayisədə 9,4 faiz azdır.
Azərbaycan vətəndaşları 2025-ci ildə Türkiyədə 944 daşınmaz əmlak alıblar.
Ötən ilin eyni dövrü ilə müqayisədə alış sayı 78 obyekt artıb.
Təkcə dekabr ayında 113 mənzil satılıb (Ötən ilə nisbətən 3 obyekt çox).
Türkiyə üzrə ümumi satışlar 14,3% artsa da, əcnəbilərə satış 9,4% azalıb.
Azərbaycanlıların Türkiyədə ev alması statistikası 2025
Azerbaycan vatandaşlarının Türkiye'den konut alımı artıyor
Türkiye emlak piyasası 2025 yabancıya konut satışı verileri
nailə babazadə azervoice iqtisadiyyat
türkiye tapu kadastro verileri azerbaycan
| Göstərici (2025-ci il üzrə) | Miqdar / Say | Dəyişim (Ötən ilə nisbətən) |
|---|---|---|
| Azərbaycanlıların ev alışı (Yanvar-Dekabr) | 944 obyekt | ↑ +78 obyekt |
| Dekabr ayında alış (Azərbaycan) | 113 obyekt | ↑ +3 obyekt |
| Türkiyədə cəmi mənzil satışı | 1,688,910 | ↑ +14.3% |
| Əcnəbilərə ümumi satış | 21,534 | ↓ -9.4% |
| Dekabrda Türkiyə üzrə cəmi satış | 254,077 | ↑ +19.8% |