BAKI, AzerVoice, Nailə Babazadə
2025-ci ilin yanvar – noyabr aylarında Türkiyədən Özbəkistana kimyəvi maddə ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 4,4 faiz artaraq, 346 milyon 234 min 91 dollara bərabər olub.
Bu barədə AzerVoice-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.
Türkiyə 2025-cü ilin noyabr ayında Özbəkistana kimyəvi maddə ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 6,1 faiz artaraq, 29 milyon 711 min 84 dollara çatdırıb.
Qeyd edək ki, 2025-ci ilin yanvar-noyabr aylarında Türkiyənin kimyəvi maddə ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 4,4 faiz artaraq, 29 milyard 318 milyon 24 min dollara bərabər olub.
“Bu ilin noyabr ayında Türkiyə 2 milyar 367 milyon 197 min dollar məbləğində kimyəvi maddə ixrac edib ki, bu da keçən ilin noyabr ayı ilə müqayisədə 6 faiz azalaraq” – deyə nazirlikdən bildirilib.
Qeyd olunub ki, son 12 ay ərzində ( noyabr 2024- noyabr 2025) Türkiyə 31 milyard 974 milyon 542 min dollar məbləğində kimyəvi maddə ixrac edib.