Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    İqtisadiyyat

    Naxçıvanın Yaşıl Enerji Zonası kimi inkişafına dair müzakirələr aparılıb

    10 Oktyabr 2025 18:19
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice

    Naxçıvanın “Yaşıl Enerji Zonası” kimi inkişafına dair müzakirələr aparılıb

    AzerVoice xəbər verir ki, Energetika naziri Pərviz Şahbazovun və Azərbaycan Respublikası Prezidentinin Naxçıvan Muxtar Respublikasında səlahiyyətli nümayəndəsi Fuad Nəcəflinin birgə sədrliyi ilə “Naxçıvanın sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın icrası çərçivəsində elektroenergetika sisteminin inkişafına həsr olunmuş iclas keçirilib.
    Energetika Nazirliyi, Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi (BOEMDA), Enerji Məsələlərini Tənzimləmə Agentliyi (EMTA), “Azərenerji” ASC, “Azərişıq” ASC, Naxçıvan Enerji MMC, Naxçıvan Regional Enerji Təchizatı və Satışı İdarəsi, eləcə də “Nobel Energy” şirkətinin nümayəndələrinin iştirakı ilə baş tutan iclasda Naxçıvanın elektroenergetika sahəsində mövcud vəziyyət və planlaşdırılan layihələr müzakirə olunub. Bu çərçivədə il ərzində elektrik stansiyaları, yarımstansiyalar, elektrik verilişi xətləri, habelə “Azərbaycan (Naxçıvan)-Türkiyə-Avropa Enerji Qovşağı” üzrə həyata keçirilən tədbirlər nəzərdən keçirilib.
    Görüşdə ötən il elektrik enerjisi istehsalının 48 faizini təşkil edən bərpa olunan enerji mənbələri sahəsində layihələr, o cümlədən 50 MVt gücündə günəş elektrik stansiyasının inşası ilə bağlı fikir mübadiləsi aparılıb. Həmçinin Naxçıvan Muxtar Respublikasında “Yaşıl Enerji Zonası” Konsepsiyasının ilkin təqdimatı olub. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən Naxçıvanın “Yaşıl Enerji Zonası” elan edildiyi bir daha vurğulanıb. Bildirilib ki, Konsepsiya regionun bərpa olunan enerji potensialından maksimum istifadə etməklə enerji müstəqilliyinin və dayanıqlı inkişafın təmin olunmasını, müasir şəbəkə infrastrukturunun yaradılmasını, enerji ixrac imkanlarının genişləndirilməsini və karbon emissiyalarının əhəmiyyətli dərəcədə azaldılmasını hədəfləyir. Azərbaycanın “yaşıl enerji” siyasətinə, qlobal trendlərə və Naxçıvanın sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramına müvafiq olaraq hazırlanmış Konsepsiyanın əsas istiqamətləri, hədəfləri və həyata keçiriləcək tədbirlər barədə geniş məlumat verilib.
    Həmçinin Naxçıvan Muxtar Respublikasından enerji ixracının konseptual istiqamətlərinə dair təqdimat edilib. Müzakirələr zamanı Naxçıvandan elektrik enerjisinin müxtəlif marşrutlar üzrə ixracının bölgəni strateji enerji qovşağına çevirmə potensialı vurğulanıb. İclasın yekununda bu iqtisadi rayonun enerji sisteminin inkişafı istiqamətində növbəti addımlar müəyyənləşdirilib və müvafiq tapşırıqlar verilib.

    #Naxçıvan #Pərviz Şahbazov #Yaşıl Enerji
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Azərbaycan-Qazaxıstan Hökumətlərarası Komissiyanın 21-ci iclası keçirilib

    14 Oktyabr 2025 14:54

    Qazaxıstan Aktau-Bakı-Ceyhanı neft nəqli üçün strateji marşrut hesab edir

    3 Oktyabr 2025 09:49

    İRİA-nın dəstəyi ilə Naxçıvan İnnovasiya Mərkəzi yaradılıb

    1 Oktyabr 2025 17:02

    Baş nazir Əli Əsədov Minskdə Avrasiya Hökumətlərarası Şurasının iclasında qonaq qismində iştirak edib

    30 Sentyabr 2025 17:22

    Bakıda İqlim Fəaliyyəti Həftəsinin 2-ci günü start götürüb

    30 Sentyabr 2025 09:53

    AYNA ölkə üzrə tarifi artan marşrutların siyahısını elan etdi

    29 Sentyabr 2025 15:48

    Zəngəzur dəhlizi Orta dəhlizdə tranziti gücləndirəcək - Nazir müavini

    29 Sentyabr 2025 11:09

    Ömər Kocaman Türk Dövlətləri Təşkilatının 12-ci sammitinin keçiriləcəyi tarixi və yeri açıqlayıb

    29 Sentyabr 2025 11:01

    TRIPP marşrutunun həm regional, həm də qlobal əhəmiyyəti və təsiri olacaq - Paşinyan

    27 Sentyabr 2025 20:59

    Azərbaycanda Yaşıl Enerji Sənaye Parkı yaradılacaq

    22 Sentyabr 2025 16:12

    Zəngəzur dəhlizinin açılması Orta Dəhlizin ötürücülük qabiliyyətini artıracaq - Əli Əsədov

    18 Sentyabr 2025 14:26

    Bakıda 1-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu keçiriləcək

    18 Sentyabr 2025 12:39
    Demo
    XƏBƏR LENTİ

    Mehdiyev Ramiz haqqında məhkəmə qərar qəbul edib

    Ruben Vardanyanın məhkəməsində ifadələr dinlənilib

    Peyğəmbərin vəfatına qədər vəhylər davam edib?

    İsrail razılaşmaya zidd olaraq Rəfah sərhəd qapısını açmayacaq

    İran deyir ki, Trampın sülh çağırışı ABŞ-ın davranışları ilə ziddiyyət təşkil edir

    Zəngəzur dəhlizinin xəritəsi hazırlanıb

    Bakı bu payız növbəti möhtəşəm tədbirə ev sahibliyi edəcək

    Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Misirə işgüzar səfəri ilə bağlı paylaşım edilib

    7-ci Dayanıqlı İnkişaf Məqsədləri Dialoqu keçirilib

    Azad edilmiş ərazilərdə yeni elektrik enerjisi stansiyaları istismara veriləcək

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.