Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    İqtisadiyyat

    Azərbaycan və Türkiyə arasında əməkdaşlıq memorandumu imzalanıb

    7 Oktyabr 2025 11:31
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Fərid Mikayılov

    Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə Türkiyənin Bilişim Vadisi arasında Anlaşma Memorandumu bağlanıb.

    AzerVoice xəbər verir ki, sənədə əsasən, Bilişim Vadisi Bakı İqlim Bəyanaməsinə dəstəyini ifadə edib.

    Memorandum “yaşıl iqtisadiyyat”, “yaşıl texnologiyalar” və “yaşıl sahibkarlıq” istiqamətləri üzrə maarifləndirmə tədbirlərinin və ortaq təşəbbüslərin həyata keçirilməsini, həmçinin ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlığı nəzərdə tutur.

    Sənədi KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və Bilişim Vadisinin baş meneceri Erkam Tüzgen imzalayıblar.

    Qeyd edək ki, Bakıda Azərbaycan Halal Biznes (AZHAB) Forumu öz işinə başlayıb. Bu il ikincisi keçirilən forum “Halal sənaye sürətlə dəyişən dünyada dayanıqlılığın mənbəyi kimi” mövzusuna həsr olunub.

    Tədbirdə dünyanın müxtəlif regionlarından olan rəsmi şəxslər, sahə üzrə ekspertlər, akademik dairələr, beynəlxalq təşkilatların nümayəndələri və iş adamları iştirak edir.

    AZHAB Forumunun məqsədi investisiya və ticarət sahəsində yeni əməkdaşlıqların qurulmasına, fikir və təcrübə mübadiləsinə töhfə vermək, Azərbaycana və regiona xarici sərmayələrin cəlb edilməsini təşviq etməkdir.

    Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin dəstəyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə keçirilən forumun açılış mərasimində yerli və xarici ölkələrdən olan rəsmilərin çıxışları, sənədlərin imzalanması, panel müzakirələr, sərginin açılışı nəzərdə tutulur. Forumun ilk günündə KOB-ları dəstəkləyən qurumlar arasında tərəfdaşlığın gücləndirilməsinə, İslam maliyyəsi və halal biznesin idarə edilməsinə dair panel müzakirələr təşkil olunacaq. Ümumilikdə forumun keçirildiyi iki gün müddətində dünyanın müxtəlif ölkələrindən olan rəsmi şəxslərin, ekspertlərin, akdemik dairələrin və sahibkarların iştirakı ilə altı panel iclas təşkil ediləcəkdir.

    Bu gün həmçinin “AZHAB Forum 2025” çərçivəsində təşkil olunmuş sərginin açılışı olacaq.

    2-ci AZHAB Forumu oktyabrın 8-dək davam edəcəkdir.

    Builki forum İslam Əməkdaşlıq Təşkilatı (OIC), İslam Ölkələri üzrə Statistik, İqtisadi, Sosial Araşdırmalar və Təlim Mərkəzi (SESRIC), İslam ölkələri üçün Standartlar və Metrologiya İnstitutu (SMIIC), İslam Ticarət Palatası Halal Xidmətləri və “Caspian Event Organisers” MMC-nin tərəfdaşlığı, “ATENA” MMC-nin və “Bilgə Qrup”un sponsorluğu ilə keçirilir.

    Qeyd edək ki, ilk AZHAB Forumu 2024-cü ilin oktyabrında keçirilib və tədbirdə Avstraliya, Amerika, Avrasiya və Afrika da daxil olmaqla dünyanın müxtəlif bölgələrindən təqribən 100-ə yaxın olmaqla, ümumilikdə 350 qonaq iştirak edib. İlk AZHAB Forumu İslam Əməkdaşlığı Təşkilatının Xarici İşlər Nazirləri Şurası tərəfindən müvafiq qətnamə ilə dəstəklənib.

    Azərbaycan və Türkiyə arasında əməkdaşlıq memorandumu imzalanıb
    Azərbaycan və Türkiyə arasında əməkdaşlıq memorandumu imzalanıb
    Azərbaycan və Türkiyə arasında əməkdaşlıq memorandumu imzalanıb
    Azərbaycan və Türkiyə arasında əməkdaşlıq memorandumu imzalanıb
    #Bilişim Vadisi Bakı #KOBİA #Kiçik Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) #AZHAB #AZHAB Forum 2025 #AZHAB Forum 2024
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Sahibkarlarla növbəti görüş Quba rayonunda keçirilib

    18 Noyabr 2025 19:25

    SDU-da I Beynəlxalq Maliyyə, Mühasibat, Audit və Rəqəmsallaşma Simpoziumu keçirilib

    13 Noyabr 2025 19:22

    Zəfər Günü münasibətilə Göyçayda “KOB FEST” sərgi-satış yarmarkası keçirilir

    8 Noyabr 2025 18:15

    Azərbaycan - BƏƏ Birgə Biznes Şurasının həmsədrlərinin ilk iclası keçirilib

    7 Noyabr 2025 11:36

    Bakı KOB evində Zəfər Gününə həsr olunmuş tədbir keçirilib

    5 Noyabr 2025 20:54

    Saatlı rayonunda sahibkarlarla görüş keçirilib

    4 Noyabr 2025 15:18

    Avrasiya Gənc İş Adamları Forumu – EYBF 2025 Bakıda keçiriləcək

    30 Oktyabr 2025 16:51

    KOB klasterinə qoşulan sahibkarlar 7 il vergi güzəştlərindən yararlanacaq

    29 Oktyabr 2025 12:06

    Qazaxıstan Azərbaycanın KOB evi modelinin tətbiqində maraqlıdır

    22 Oktyabr 2025 10:35

    Qazaxıstan–Azərbaycan biznes forumu keçirilib

    21 Oktyabr 2025 20:36

    AZHAB Forumu çərçivəsində panel müzakirələr təşkil olunub

    9 Oktyabr 2025 17:14

    MÜSİAD Azərbaycan ilə Malayziya Ticarət Palatası arasında əməkdaşlıq müzakirə edilib

    9 Oktyabr 2025 10:02
    Demo
    XƏBƏR LENTİ

    İki dövlətli həll yolu Qəzza üçün ən təhlükəsiz yoludur - Ərdoğan

    Qubada “Korrupsiyaya qarşı mübarizədə cəmiyyətin rolu” mövzusunda maarifləndirici tədbir keçirilib

    Oktyabr ayında Türkiyənin İƏT ölkələrinə ixracı 59 milyard dolları keçib (ÖZƏL)

    Azərbaycan və Türkiyə arasında qarşılıqlı hərbi təhlükəsizlik möhkəmləndiriləcək

    TDT-nin Media Forumu çərçivəsində üzv dövlətlərin qarşılıqlı əməkdaşlıq imkanlarına həsr olunan panel sessiya keçirilir

    Namibiyaya demokratiya gətirmək istəyən Adolf Hitler kimdir?

    Sudanda 21,2 milyon insan aclıqla qarşı-qarşıyadır - BMT

    Banqladeşin keçmiş baş naziri Şeyx Hasinaya 21 il həbs cəzası verilib

    Döyüş sənətini dəyişən əfsanə - Brus Li kimdir?

    Cakarta dünyanın ən böyük şəhəri oldu

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.