Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    İqtisadiyyat

    Türkiyə limanları ilə 8 milyon tondan çox kənd təsərrüfatı məhsulları daşınıb (ÖZƏL)

    28 Sentyabr 2025 12:00
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Nailə Babazadə

    Bu ilin yanvar- avqust ayında Türkiyə limanlarından 8 milyon 538 min 155 ton kənd təsərrüfatı məhsulları daşınıb.

    Bu barədə AzerVoice -a Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

    Nazirlikdən bildiriblər ki, daşınan yüklərin 172 min 503 tonu Türkiyə bayrağı altında üzən gəmilərlə, 8 milyon 365 min 652 tonu isə digər dövlətlərin bayraqları altında üzən gəmilərlə daşınıb.

    “Bu ilin yanvar- avqust ayında Türkiyə limanlarından tranzit olaraq kənd təsərrüfatı məhsulları daşınmayıb”- deyə nazirlikdən bildiriblər.

    Qeyd edək ki, 2025-ci ilin avqust ayında Türkiyə limanları 32 milyon 615 min 444 ton yük qəbul edib.

    Bu dövr ərzində də Türkiyə bayrağı altında gəmilərlə daxili limanlara yük qəbulu 2 milyon 320 min 285 ton təşkil edib.

    “Türkiyə limanlarına digər ölkələrin bayraqları altında gəmilərlə yük daşınması 30 milyon 295 min 159 ton olub”, – deyə nazirlikdən bildirilib.

    Məlumatda bildirilib ki, 2025-ci ilin avqust ayında Türkiyə limanlarından 5 milyon 347 min 786 ton transit yük daşınıb.

    Nazirlikdən verilən məlumata görə, 2025-ci ilin yanvar- avqust aylarında Türkiyə limanları 276 milyon 396 min 327 ton yük qəbul edib.

    "Türkiyə bayrağı altında gəmilərlə yük qəbulu 19 milyon 301 min 51 ton təşkil edib. Digər ölkələrin bayraqları altında gəmilərlə isə Türkiyə limanlarına yükdaşımalar 257 milyon 95 min 176 ton təşkil edib”, - deyə məlumatda qeyd edilib.

    Məlumatda bildirilib ki, 2025-ci ilin yanvar- avqust aylarında Türkiyə limanlarından 40 milyon 136 min 247 ton transit yük daşınıb.

    Qeyd edək ki, bu ilin avqust ayında Türkiyə limanları 6 min 15 gəmi qəbul edib.

    Məlumata görə, bu dövrdə Türkiyə limanlarına digər ölkələrin bayraqları altında qəbul edilən gəmilərin sayı 2 min 303 Türkiyə bayrağı altında qəbul edilən gəmilərin sayı isə 3 min 712 olub.

    2025-ci ilin yanvar - avqust ayında Türkiyə limanları 41 min 818 gəmi qəbul edib.

    “Bu müddət ərzində Türkiyə limanları tərəfindən qəbul edilən digər ölkələrin bayraqları altında olan gəmilər 14 min 632, Türkiyə bayrağı altında olan gəmilər isə 27 min 186 olub”, - deyə nazirlikdən bildirilib.

    #Türkiyə limanları #Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyi #yük daşıma #kənd təsərrüfatı #Türkiyə yük daşımaları #Beynəlxalq yük daşımaları #Türkiyə liman tranziti #Türkiyə limanları yükləmə #Türkiyə limanlarının yük qəbulu 2025 #Türkiyə limanları və beynəlxalq gəmiçilik
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Payızlıq əkin subsidiyalarının ödənişinə başlanılır

    12 Fevral 2026 14:56

    İtaliyadan Türkiyəyə 3,3 milyon tondan çox yük daşınıb (ÖZƏL)

    12 Fevral 2026 11:00

    Dalaman Hava Limanında uçuş sayı 45 faiz azalıb (ÖZƏL)

    12 Fevral 2026 10:00

    2026-cı ilin ilk ayında 4 mindən çox gəmi limanlara yan alıb (ÖZƏL)

    11 Fevral 2026 17:04

    Türkiyə limanlarında rekord yük axını – 32 milyon tonu keçdi

    11 Fevral 2026 12:00

    Ankara Esenboğa Hava Limanında yanvar rekordu: Beynəlxalq sərnişin sayında 30 faiz artım

    10 Fevral 2026 18:00

    Kocaeli limanında gəmi sıxlığı: 2025-ci ilin statistik rəqəmləri

    10 Fevral 2026 10:39

    Sabiha Gökçen Hava Limanında rekord artım: yanvar ayında 4 milyondan çox sərnişin

    9 Fevral 2026 16:22

    Keçən il Türkiyənin İskenderun limanı 61 milyon tondan çox yük qəbul edib (ÖZƏL)

    9 Fevral 2026 10:10

    Keçən il Türkiyənin Aliağa limanı 72 milyon tondan çox yük qəbul edib (ÖZƏL)

    8 Fevral 2026 16:00

    Keçən il Türkiyənin Gemlik limanı 3 mindən çox gəmi qəbul edib (ÖZƏL)

    8 Fevral 2026 14:00

    Keçən il Türkiyənin Ambarlı limanı 4 mindən çox gəmi qəbul edib (ÖZƏL)

    8 Fevral 2026 12:00
    XƏBƏR LENTİ

    Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Şuşa məscidi üçün hazırlanan dairəvi əl xalçasının kəsilməsi mərasimində iştirak edib

    Qırğızıstan parlamentinin yeni sədri bəlli olub

    Rəşad Nəbiyev Əbu-Dabi Əmirliyinin Bələdiyyələr və nəqliyyat departamentinin sədri ilə görüşdü

    Çin Venesuela neftinin idxalını bərpa edib

    Ərdoğan CHP-ni parlamentdəki davranışlara görə tənqid edib

    Azərbaycan və Türkmənistan atçılıq sahəsində əməkdaşlığı genişləndirir

    Türkiyənin D-8 idxalı azalıb, ixrac isə yüksəlib (ÖZƏL)

    SOCAR-ın qaz hasilatı 1,4 faiz artıb

    Güclü külək Fransada 850 min evi işıqsız qoyub

    Dövlət Komitəsi Çağrı Mərkəzini istifadəyə verib

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.