BAKI, AzerVoice, Nailə Babazadə
Türkiyə 2025-cü ilin avqust ayında Özbəkistana polad ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 17,4 faiz azalaraq, 5 milyon 954 min 61 dollara çatdırıb.
Bu barədə AzerVoice-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.
2025-ci ilin yanvar – avqust aylarında Türkiyədən Özbəkistana polad ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 20,1 faiz azalaraq, 40 milyon 960 min 96 dollara bərabər olub.
Qeyd edək ki, 2025-ci ilin yanvar-avqust aylarında Türkiyənin polad ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 2,3 artaraq, 10 milyard 984 milyon 379 min dollara bərabər olub.
“Bu ilin avqust ayında Türkiyə 1 milyard 386 milyon 471 min dollar məbləğində poladixrac edib ki, bu da keçən ilin avqust ayı ilə müqayisədə 1,3 faiz azalaraq” – deyə nazirlikdən bildirilib.
Qeyd olunub ki, son 12 ay ərzində (avqust 2024-avqust 2025) Türkiyə 16 milyard 384 milyon 31 min dollar məbləğində polad ixrac edib.