BAKI, AzerVoice, Nailə Babazadə
Türkiyə 2025-cü ilin avqust ayında Qırğızıstana sement ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 47,6 faiz azalaraq, 172 min 53 dollara çatdırıb.
Bu barədə AzerVoice-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.
2025-ci ilin yanvar – avqust aylarında Türkiyədən Qırğızıstana sement ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 13,8 faiz azalaraq, 2 milyon 48 min 96 dollara bərabər olub.
Qeyd edək ki, 2025-ci ilin yanvar-avqust aylarında Türkiyənin sement ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 3 artaraq, 2 milyard 917 milyon 28 min dollara bərabər olub.
“Bu ilin avqust ayında Türkiyə 364 milyon 158 min dollar məbləğində sement ixrac edib ki, bu da keçən ilin avqust ayı ilə müqayisədə 0,4 faiz artaraq” – deyə nazirlikdən bildirilib.
Qeyd olunub ki, son 12 ay ərzində (avqust 2024-avqust 2025) Türkiyə 4 milyard 395 milyon 981 min dollar məbləğində sement ixrac edib.