BAKI, AzerVoice
Türkiyə 2025-cü ilin may ayında Qazaxıstana kimyəvi maddə ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 12 faiz azalaraq, 21 milyon 36 min 91 dollara çatdırıb.
Bu barədə AzerVoice -a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.
2025-ci ilin yanvar – may aylarında Türkiyədən Qazaxıstana kimyəvi maddə ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 3,2 faiz azalaraq, 96 milyon 215 min 98 dollara bərabər olub.
Qeyd edək ki, 2025-ci ilin yanvar-may aylarında Türkiyənin kimyəvi maddə ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 3,2 faiz azalaraq, 13 milyard 147 milyon 227 min dollara bərabər olub.
“Bu ilin may ayında Türkiyə 2 milyard 767 milyon 723 min dollar məbləğində kimyəvi maddə ixrac edib ki, bu da keçən ilin may ayı ilə müqayisədə 8,4 faiz azdır” – deyə nazirlikdən bildirilib.
Qeyd olunub ki, son 12 ay ərzində (may 2024-may 2025) Türkiyə 30 milyard 328 milyon 576 min dollar məbləğində kimyəvi maddə ixrac edib.