Əsas səhifə » Türkiyədən Azərbaycana mebel ixracı 57 milyon dolları keçib (ÖZƏL)

Türkiyədən Azərbaycana mebel ixracı 57 milyon dolları keçib (ÖZƏL)

BAKI, AzerVoice

Türkiyə 2025-cü ilin may ayında Azərbaycana mebel ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 4,5 faiz azalaraq, 13 milyon 506 min 45 dollara çatdırıb.

Bu barədə AzerVoice -a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

2025-ci ilin yanvar – may aylarında Türkiyədən Azərbaycana mebel ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 7,6 faiz artaraq, 57 milyon 502 min 79 dollara bərabər olub.

Qeyd edək ki, 2025-ci ilin yanvar-may aylarında Türkiyənin mebel ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 0,5 faiz azalaraq, 3 milyard 231 milyon 87 min dollara bərabər olub.

“Bu ilin may ayında Türkiyə 622 milyon 143 min dollar məbləğində mebel ixrac edib ki, bu da keçən ilin may ayı ilə müqayisədə 1,8 faiz azdır” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində (may 2024-may 2025) Türkiyə 7 milyard 874 milyon 808 min dollar məbləğində mebel ixrac edib.

Digər Kateqoriyalar

2025 © Azervoice