Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    İqtisadiyyat

    “Azəri-Çıraq-Dərinsulu Günəşli”dən sərbəst təbii qaz hasilatı haqqında saziş imzalanıb

    21 Sentyabr 2024 03:29
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    Bakı. AzerVoice

    SOCAR (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) bp, MOL, INPEX, Equinor, ExxonMobil, TPAO, ITOCHU və ONGC Videsh şirkətləri ilə birlikdə bu gün Xəzər dənizinin Azərbaycan sektorunda Azəri və Çıraq yataqları və Günəşli yatağının dərinsulu hissəsi (AÇG) üzrə mövcud hasilatın pay bölgüsü sazişinə (HPBS) yeni bir əlavənin imzalandığını elan edib.

    AzerVoice bu barədə BP-yə istinadən xəbər verir.

    Bu əlavədə AÇG üzrə HPBS-yə tərəflərə AÇG yatağının sərbəst təbii qaz (STQ) ehtiyatlarının kəşfiyyatı, qiymətləndirilməsi, işlənməsi və hasilatı istiqamətində irəliləmək imkanı verən düzəlişlər edilir. AÇG yatağının STQ ehtiyatlarının xeyli iri həcmlərdə - 4 trilyon kub futadək olduğu düşünülür.

    Yeni qaz sazişi bu gün Bakıda Neftçilər Günü və AÇG üzrə HPBS-nin imzalanmasının 30 illiyinə həsr olunmuş tədbirdə təntənə ilə qeyd olunub. Tədbirdə SOCAR-ın prezidenti Rövşən Nəcəf, bp-nin hasilat və əməliyyatlar üzrə icraçı vitse-prezidenti Qordon Birrel, ABƏŞ-in prezidenti Qəri Counz və AÇG-nin tərəfdaş şirkətlərinin yüksək səviyyəli rəhbərləri iştirak ediblər.

    Sənəd 2049-cu ildə AÇG üzrə mövcud HPBS-nin müddətinin sonunadək qüvvədə olacaq. Növbəti 25 il ərzində STQ ehtiyatlarının kəşfiyyatı və qiymətləndirilməsindən asılı olaraq AÇG yatağında STQ ehtiyatlarının işlənməsinə milyardlarla dollar sərmayə qoyulması potensialı var.

    AÇG tərəfdaşlarının STQ layihəsində iştirak payları AÇG üzrə mövcud HPBS-də olduğu kimidir: bp (30,37%), SOCAR (25,0%), MOL (9,57%), INPEX (9,31%), Equinor (7,27%), ExxonMobil (6,79%), TPAO (5,73%), ITOCHU (3,65%), ONGC Videsh (2,31%).

    bp AÇG üzrə HPBS-nin operatoru olaraq qalır.

    SOCAR-ın prezidenti cənab Rövşən Nəcəf dedi: "Bu gün Azərbaycanın enerji sektoru üçün əlamətdar gündür. Ümummilli Liderimiz Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə imzalanmış “Əsrin müqaviləsi”nin bu əlamətdar ildönümündə yeni qaz sazişinin imzalanması SOCAR üçün yeni strateji mərhələdir. Azərbaycan qlobal enerji bazarlarında etibarlı tərəfdaş kimi enerji ehtiyatlarının daha da şaxələndirilməsi istiqamətində səylərini davam etdirir. Bu layihə tərəfdaşlarımızın enerji təhlükəsizliyinə töhfə verməklə yanaşı, Azərbaycanın Avropanın etibarlı enerji təchizatçısı kimi mövqeyini daha da gücləndirəcək”.

    bp-nin hasilat və əməliyyatlar üzrə icraçı vitse-prezidenti Qordon Birrel dedi: "STQ layihəsinə başlamaqdan çox məmnunuq, çünki biz AÇG-nin sərbəst qaz ehtiyatlarının işlənməsində böyük potensial görürük. Bu gün AÇG üçün həqiqətən tarixi bir gündür. Məhz öz 30 illiyində AÇG-nin möhtəşəm neft uğurları ilə yanaşı təbii qaz layihəsi ilə yeni yola çıxması çox əlamətdardır.

    "Son 30 ildə Azərbaycanın nəhəng dəyişiklikləri ölkəni dünyanın mühüm enerji təchizatçılarından birinə çevirmiş AÇG ilə bağlıdır. Amma bugünkü saziş də, bəlkə, ilkin HPBS qədər əhəmiyyətlidir, çünki o, AÇG-nin tarixində ilk dəfə kommersiya qazının ixracına imkan verməklə bu əfsanəvi yatağın iqtisadi dəyərini daha da yüksəldəcək və Azərbaycanın Avropaya enerji təchizatını artırmaq planlarını dəstəkləyəcək.“

    STQ layları hazırda hasilatda olan neft laylarının altında və üstündə olan çoxsaylı geoloji formasiyalardan ibarətdir ki, bunlar mövcud AÇG HPBS-yə əvvəldən daxil edilməmişdi. 2022-ci ildə AÇG tərəfdaşları və SOCAR qaz təzyiqinə dair məlumatların toplanması üçün STQ laylarına bir qiymətləndirmə quyusunun qazılması barədə razılığa gəldilər. Qiymətləndirmə quyusu 2023-cü ildə tamamlanmış və əldə edilən məlumatların interpretasiyası gözlənilən təzyiq aralığında 4 trilyon kub futa qədər əhəmiyyətli təbii qaz ehtiyatlarının olduğunu təsdiqləmişdir.

    Əlavəyə uyğun olaraq, SOCAR və AÇG tərəfdaşları hazırda STQ laylarının işlənməsi üçün növbəti fəaliyyətləri planlaşdırırlar. Bu fəaliyyətlər çərçivəsində hazırda iki prioritet laydan qaz hasil etmək məqsədilə ilkin quyu qazılır. Bu quyu olduqca əhəmiyyətlidir, çünki o, hasilat vasitəsilə qiymətləndirmə aparmağa da imkan verəcək ki, bunun əsasında da gələcək işlənmə planlarını qurmaq mümkün olacaq. Quyu mövcud Qərbi Çıraq platformasından qazılır və ilk qaz hasilatının 2025-ci ildə olacağı gözlənilir. İlkin quyudan hasil ediləcək bütün qazın alıcısının SOCAR olacağı barədə razılıq əldə edilib.

    “Azəri-Çıraq-Dərinsulu Günəşli”dən sərbəst təbii qaz hasilatı haqqında saziş imzalanıb
    #SOCAR #bp
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    bp-nin dəstəyi ilə Maqsud İbrahimbəyovun yaradıcılığına həsr olunan genişmiqyaslı festival keçirilir

    3 Fevral 2026 16:28

    Azərbaycandan yanacaq tədarükünün başlanması Ermənistan bazarını dəstəkləyir – ING

    31 Yanvar 2026 09:59

    4SİM və SOCAR Davos Forumunda birgə sessiya təşkil edib

    23 Yanvar 2026 10:19

    Azərbaycan tarixinin ən qürurverici səhifələrindən birinə həsr olunmuş nəşr

    21 Yanvar 2026 15:14

    Rusiya qazı Azərbaycan vasitəsilə Ermənistana çatdırılacaq

    19 Yanvar 2026 18:32

    Sahibkarlar "EY İlin İş Adamı" adı uğrunda yarışacaq

    15 Yanvar 2026 17:31

    bp Xəzərdə qazma məhlullarının təkrar emalı üçün innovativ yanaşma tətbiq edir

    14 Yanvar 2026 14:51

    SOCAR qazma trestində yeni platformanı istifadəyə verib

    12 Yanvar 2026 22:00

    SOCAR Türkiyənin enerji şirkəti ilə saziş imzaladı

    23 Dekabr 2025 11:33

    Azərbaycandan Ermənistana 22 vaqon Aİ-95 markalı benzin yola salınıb

    18 Dekabr 2025 15:27

    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində işəgötürənlərlə növbəti görüş olub

    17 Dekabr 2025 19:08

    Azərbaycan sənaye təhlükəsizliyi sahəsində üçtərəfli memorandum imzalandı

    10 Dekabr 2025 12:01
    Demo
    XƏBƏR LENTİ

    Azərbaycan və BƏƏ arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib

    Türkiyə-Səudiyyə Ərəbistanı münasibətləri regional sülh üçün strateji əhəmiyyət daşıyır - Ərdoğan

    Strateji tərəfdaşlıq Azərbaycan-İtaliya mədəni əməkdaşlığına da geniş zəmin yaradıb

    Azərbaycan ilə ABŞ arasında mədəniyyət sahəsində əlaqələr müzakirə edilib

    Türkiyə və Səudiyyə Ərəbistanı arasında ticarət dövriyyəsinin 30 milyard dollara çatdırılması planlaşdırılır

    XRİTDX “İnformasiya Təhlükəsizliyi Testləri” laboratoriyasını istifadəyə verib

    "Bakı Fond Birjası"nın dövriyyəsi azalıb

    Daha bir neçə istiqamət üzrə keçirilən müsabiqələrin qalibləri müəyyən edilib

    Yanvar ayında Türkiyənin polad ixracı 1 milyard dolları keçib (ÖZƏL)

    "Regional" BOKT MMC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşmışdır

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.