Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Biznes

    “Şahdəniz”də yeni mərhələ: Şahdəniz Kompressiya layihəsi vasitəsilə yataqdan maksimum qazvermə əmsalına nail olunacaq

    22 Sentyabr 2025 18:56
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    Bakı. AzerVoice

    “Şəfəq” Günəş Elektrik Stansiyası azad olunmuş ərazilərdə qurulan 240 MVt-lıq günəş elektrik stansiyasıdır. Layihənin üstünlüyü ondan ibarətdir ki, burada virtual enerji ötürülmə mexanizmi tətbiq olunacaq. Yəni azad edilmiş ərazilərdə 240 MVt günəş enerjisi istehsal edib milli şəbəkəyə ötürəcəyik və eyni zamanda həmin miqdarda enerjini milli şəbəkədən alaraq Azərbaycandakı neft-qaz emalı üzrə ən iri obyektinin – Səngəçal terminalının elektrikləşdirilməsinə yönəldəcəyik.

    AzerVoice xəbər verir ki, bunu bp-nin Xəzər regionu üzrə kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli bu gün Bakıda keçirilən 1-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda bildirib.

    bp rəsmisi qeyd edib ki, bu, enerji keçidinin çox uğurlu nümunəsidir:

    "Çünki uzun illər neft-qaz ənənəsi olan bir ölkədə 30 illik təcrübəyə malik beynəlxalq enerji şirkəti neft-qaz gəlirlərinin bir hissəsini günəş enerjisinə yönəldir, həmin günəş enerjisi isə neft-qaz emalı müəssisələrinin elektrikləşdirilməsində istifadə olunur. Nəticədə, Səngəçal terminalının gələcək istismar dövründə terminal əməliyyatlarından yaranan emissiyaların təxminən 50% azaldılmasına imkan yaradılacaq. Bu, enerji keçidinin ideal nümunəsidir.

    Bu təkcə bir layihə ilə məhdudlaşmır. Biz həmçinin gələcəkdə Şahdəniz yatağının elektrikləşdirilməsini nəzərdə tuturuq. Bunun üçün ilk addım olaraq "Şahdəniz Alfa” platformasına 8 kilometr aralıda yerləşən “Bravo” platformasından birbaşa elektrik enerjisi almaq imkanı yaradıldı. Bundan əlavə, yeni tikiləcək Şahdəniz Kompressiya platforması bütövlüklə elektrik enerjisi ilə işləyəcək və Şahdəniz Bravonun elektrik enerjisi ilə təchiz olunmasına da xidmət edəcək. Bu isə, nəticədə, Şahdəniz yatağındakı əməliyyatların bütövlükdə elektrik enerjisinə keçidinə imkan yaradacaq. B. Aslanbəyli onu da qeyd edib ki, Şahdəniz Kompressiya layihəsində əsas məqsəd aşağı təzyiqli qaz ehtiyatlarını əlçatan etmək və maksimum qazvermə əmsalına nail olmaqdır.

    B. Aslanbəyli həmçinin vurğulayıb ki, əməkdaşlığın və investisiya münasibətlərinin gələcəyi yalnız mövcud əməliyyatların davamı ilə məhdudlaşmır:

    "Eyni zamanda yeni enerji mənbələrinə əsaslanan, innovativ yanaşmalar və fərqli vizyon üzərində qurulan yeni üfüqlərə açılır. Bütün bunlar ölkə ilə, Azərbaycan hökuməti ilə, SOCAR və digər tərəfdaşlarla formalaşmış strateji münasibətlərə əsaslanır. Azərbaycanın investisiya mühitini fərqləndirən başqa bir mühüm amil də var: artıq 31 ildir ki, hasilatın pay bölgüsü sazişlərinin şərtləri heç vaxt tərəflərin razılığı olmadan dəyişdirilməyib. 1994 və 1996-cı illərdə imzalanmış müqavilələrdəki bütün öhdəliklər bu gün də tam yerinə yetirilir. Bu isə istənilən investor üçün əsl arzuolunan mühitdir".

    "Məhz bu tərəfdaşlıq münasibətləri fonunda biz Azərbaycandakı fəaliyyətimizi yalnız ənənəvi neft-qaz sahəsində deyil, həm də bərpa olunan enerji və enerji keçidi sahələrində uğurla davam etdirməyi planlaşdırırıq", - deyə B. Aslanbəyli əlavə edib.

    #Azərbaycan #Şahdəniz
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    BP-Azerbaijan hesabat yaydı: Şahdənizdə qaz hasilatı 3,6 faiz azalıb

    12 Fevral 2026 12:46

    Qərbi Azərbaycan İcması Avropa Şurasının komissarını ayrı-seçkiliyə yol verməməyə və qayıdış hüququna dəstək verməyə çağırır

    11 Fevral 2026 17:31

    Elm bərabərliklə güclənir, qızların elmdə yolu açılmalıdır - Mətanət Ağamirli

    11 Fevral 2026 17:21

    İRİA-nın tərəfdaşlığı ilə Azərbaycan-Türkiyə İKT Biznes Forumu baş tutub

    11 Fevral 2026 17:14

    Mədəniyyət Nazirliyinin 2025-ci ildəki fəaliyyətinə dair genişləndirilmiş kollegiya iclası keçirilir

    11 Fevral 2026 16:56

    Sahibə Qafarova Ərəb Parlamentinin prezidenti ilə görüşüb

    11 Fevral 2026 16:41

    Azərbaycan Respublikasının Mərkəzi Bankının 28 günlük Qısamüddətli Notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir

    11 Fevral 2026 16:23

    Bakı Fond Birjası Beynəlxalq Valyuta Fondunun (IMF) Azərbaycan üzrə missiyası ilə görüş keçirib

    11 Fevral 2026 16:19

    Azərbaycan Respublikasının Mərkəzi Bankının 168 günlük Notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir

    11 Fevral 2026 16:15

    Alman-Azərbaycan Xarici Ticarət Palatasının nümayəndələri ilə görüş keçirilib

    11 Fevral 2026 15:58

    Fevralın 13-də pensiyaların yeni artımla birgə ödənişinə başlanacaq

    11 Fevral 2026 15:48

    “AzerGold” QSC-nin təsis edilməsindən 11 il ötür

    11 Fevral 2026 15:24
    XƏBƏR LENTİ

    Güclü külək Fransada 850 min evi işıqsız qoyub

    Dövlət Çağrı Mərkəzini istifadəyə verib.

    Bu il 1336 nəfər Dövlət Məşğulluq Agentliyinin peşə kurslarına cəlb olunub

    Energetika naziri İranın ölkəmizdəki səfirini qəbul etdi

    Kəpəz BOKT 1 milyon manatlıq istiqraz yerləşdirib

    Finca Azerbaijan 1 milyon dollarlıq istiqraz yerləşdirib

    Vecon Consulting 300 illik tarixi olan nəhəng şirkətlə müqavilə imzalayıb

    Mərkəzi Bankın 10 milyonluq notları yerləşdirilib

    Mərkəzi Bankın notlarına investisiya marağı artıb

    Payızlıq əkin subsidiyalarının ödənişinə başlanılır

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.