BAKI, AzerVoice
Yuxuda bal görmək İslam yuxuyozmalarında ən müsbət və xoş əlamətlərdən biri sayılır. Bal həm halal ruzi, həm də mənəvi təmizliyin simvoludur. Bu yuxu insanın həyatında bolluq, rahatlıq və daxili yüksəliş dövrünün başlanacağına işarə edir. Klassik dini təfsirlərə görə bal Quran, elm və xoş əməllərlə əlaqələndirilir.
Halal ruzi və mənəvi kamillik
Bal görmək halal mal, halal irs və zəhmət çəkmədən əldə ediləcək ruzi anlamına gəlir. Bu yuxu həm də dini zövqün artması, qəlbin saflaşması və hikmətli sözlərə meyilliliyə işarədir. Yuxu sahibinin bərəkətli bir dövrə qədəm qoyacağını bildirən ən güclü simvollardan biridir.
Göydən bal yağması ilahi bolluq kimi yozulur
Göydən bal yağdığını görmək, yuxu sahibinin imanındakı səmimiyyətə, duasının qəbul olunacağına və ümumi bolluğa işarədir. Bu yuxu ailə içində rifahın artacağını, işlərin yaxşılığa doğru yönələcəyini bildirir.
Yuxuda bal satmaq və bal almaq müjdə və mükafat, bal almaq isə gözlənilməz xeyir və yeni bir nemətə dəlalət edir.
Hər iki hal dünyəvi və mənəvi qazancın eyni anda artacağını göstərir.
Yuxuda pətəkdən bal yemək sevdiyiniz insanlardan gələcək xoş xəbərlərin, ailə içi sevincin və ruzi artımının müjdəçisidir. Bu yuxu xüsusilə xoş xəbərlərin yaxınlaşdığını göstərir.
Yuxuda bal arısı zəhmət, bolluq və zənginlik kimi yozulur
Bal arısı yuxuda ən xeyirli simvollardandır. O, zəhmətkeş, dürüst və bacarıqlı insanları təmsil edir. Arı həm də bolluq və halal qazanc rəmzidir.
Yuxuda arı pətəyindən bal götürmək halal mala və geniş ruziyə,arıların başa qonması isə yüksəlişə, rütbə artımına və nüfuzun güclənməsinə işarə edir.
Əkinçi və kənd təsərrüfatı ilə məşğul olanlar üçün bal arısı görmək məhsul bolluğu, ucuzluq və faydalı təbiət hadisələrinin müjdəsidir.
Yuxuda arı pətəyi güclü dost və dəstəkçi kimi yozulur.Arı pətəyini təkrar görmək şərəfli, yardımsevər və güvənilən bir şəxsin yuxu sahibinin həyatında mühüm rol oynayacağına işarə edir.
Yuxuda arının sancması çətinliklə əldə edilən, lakin halal və davamlı qazancın simvoludur. Bu yuxu insanın qarşısındakı maneələri aşaraq zəhmətinin bəhrəsini görəcəyini göstərir.
Yuxuda bal arısını öldürmək mənfi yozulur və mal itkisinə, ruzi azalmasına, diqqətsizlik nəticəsində yaranacaq maddi problemlərə işarədir.