Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Yuxuyozma

    Yuxuda şir görmək necə yozulur?

    13 İyul 2024 06:15
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    Bakı, AzerVoice

    Yuxuda şir görmək sərt və güclü düşmən, zalım hökmdar, bəzən də ölüm əlamətidir. Şir görmək həm də yuxunu görən şəxsin şəfa tapacağına işarədir.

    Yuxuda dişi aslan görmək qəddar və övladının öhdəsindən gələn qadına işarə edir.

    Yuxuda şir görmək, həmçinin, cəhalət, təkəbbür, günah və qorxaqlıqdan xəbər verir. Yuxuda şir balası görmək oğlan uşağına işarədir. Şirin evinizə girdiyini görmək xeyirxahlıq, var-dövlət, uzun ömür və bol ruziyə yozulur.

    Yuxuda şir əti yediyinizi görmək dövlət tərəfindən mükafatlandırılacağınıza və ya böyük qazanca işarə edir.

    Yuxuda vəhşi şirin xalqın yolunu kəsdiyini görmək hökmdarın zalımlığına yozulur. Şirin sizi qovaladığını görmək qorxuya işarə edir, əgər şirdən qurtula bilməyib onun pəncəsinə düşdüyünüzü görürsünüzsə bu, sizə itki üz verəcəyinə işarə edir.

    Yuxuda yırtıcı heyvanın xəstə olan evə girdiyini görmək həmin xəstənin əcəlinin gəldiyinə işarədir.

    Yuxuda şir dərisindən və ya xəzindən bir geyim aldığınızı görmək düşmən malının ələ keçəcəyinə və ya miras qalacağına yozulur.

    Yuxuda şirin məscidə girib minbərə çıxdığını görmək insanlara zülm edəcək, qorxu və dəhşət saçacaq hökmdara işarədir.

    Yuxuda iki şirin bir-biri ilə döyüşdüyünü görmək müharibəyə, şirə mindiyinizi görmək isə düşməninizin öhdəsindən gələcəyinizə işarə edir.

    Yuxuda şir görmək necə yozulur?
    #yuxuyozma
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Yuxuda dua etmək

    9 Noyabr 2025 08:00

    Yuxuda zürafə görmək

    7 Noyabr 2025 08:00

    Yuxuda səhabə görmək

    7 Noyabr 2025 07:05

    Yuxuda Dəccal görmək

    6 Noyabr 2025 08:00

    Yuxuda Ay görmək necə yozulur?

    2 Noyabr 2025 08:00

    Yuxuda darvaza görmək

    2 Noyabr 2025 08:00

    Yuxuda bayquş görmək necə yozulur?

    29 Oktyabr 2025 08:00

    Yuxuda şokolad görmək necə yozulur?

    28 Oktyabr 2025 08:00

    Yuxuda akkоrdеоn görmək

    26 Oktyabr 2025 08:00

    Yuxuda balıq görmək

    24 Oktyabr 2025 08:00

    Yuxuda qoz görmək

    21 Oktyabr 2025 07:00

    Yuxuda kərtənkələ görmək

    19 Oktyabr 2025 11:33
    Demo
    XƏBƏR LENTİ

    Gədəbəydə yaşayış binasında yanğın olub

    Livanda İranın Hizbullaha maliyyəsini kəsmək üçün tarixi imkan yaranıb – ABŞ rəsmisi

    ABŞ-la hazırda danışıqlar mümkün deyil - İran

    Kinemortofobiya nədir?

    Göyçayda ənənəvi "Nar Festivalı" keçirildi

    Ənənəvi evlər və fermalar Əl-Qasımda ilboyu fəaliyyət göstərən turizm mərkəzlərinə çevrilir

    Türkiyədən İrana sement ixracı 6 milyon dolları keçib (ÖZƏL)

    Ərdoğan Bakıda Ankaranın sabiq polis rəisi, Daxili İşlər Nazirliyi sabiq müşaviri Servet Yılmazla görüşüb

    Türkiyəyə səfər edən Qırğızıstan turistlərinin sayı 150 mini keçib (ÖZƏL)

    Azərbaycanın iki cüdoçusu finala yüksəlib - İslamiada (FOTO)

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.