Bakı,AzerVoice
İran mifologiyası qədim İranda yayılmış bir mifologiyadır. İran mifologiyasının formalaşmasının ilkin mərhələsi Hind-İran icması dövrünə aiddir.
Mifologiyanın əsas mətni şair Firdovsinin X–XI əsrlərin əvvəllərində yazdığı “Şahnamə”dir. Firdovsinin əsəri təkcə “Avesta”dan deyil, həm də “Bundahişn” və “Denkard” kimi sonrakı dövrlərə aid mətnlərdən də zərdüştiliyin hekayələri və personajlarına istinad edir. Hər halda, İran mifologiyasının bərpası üçün istifadə edilən əsas mənbə “Avesta”dır.
İran mifologiyası Hindistanın veda mifologiyasına yaxındır. Ortaq Hind-Avropa əsasına qayıdır.İran mifologiyasının qədim təbəqəsinin bir çox adları veda ilahilərinin adları arasında ümumi köklərə malikdir. Məsələn, sonradan Cəmşid olmuş Yima əslində veda tanrısı Yamadır. Cəmşid hekayəsi Qədim İran mifologiyasının ən dolğun əfsanələrindən biridir.
Bütün bunlarla yanaşı müasir İraqnda yayğın olan mifologiyalarda türk miflərinə də rast gəlmək olur və hətta türk miflərinin şəhər insanları arasında daha yayğın olduğunu görmək olur.
AzerVoice İranda yayğın olan mifiloji “varlıqlar” haqqında məlumataları mütəmadi olaraq təqdim edir.
İranda yaşayan ərəb qəbulələri arasında çox da yayğın olmayan bir inanca görə, hər bir şairin ona kömək edən bir cini var. Bu inanc ilkin Fars ədəbiyyatında da öz əksini tapmışdır. İranlı Doktor Mohammad Dabir Siaghi yazır ki, bu inanc keçmişdə rəssamlar və şairlər arasında geniş yayılmışdır. Qədim zamanlarda hesab olunurdu ki insan istedad ola bilməz və o mütləq şəkildə kənar vir vasitənin təsiri ilə şeir yazır və ya rəsm çəkirdi.
Düşünülürdü ki, rəssam və şairlərə kömək edən cinin adı “Tabetabe”-dir. İllər keçdikcə bu ad qısaldılaraq “Təb” kimi istifadə edilməyə başladı. Hətta günümüzdə də bəzən “ Təbi gəlib” ifadəsi istifadə olunmaqdadır.