Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    AzerVoice təhlil mərkəzi

    Tramp İrana donanma göndərdi: müharibə riski nə qədər realdır?

    27 Yanvar 2026 16:06
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email
    Bizi buradan izləyin və Bizə yazın

    BAKI,AzerVoice Analitik Təhlil Mərkəzi

    ABŞ prezidentinin özü dünən etirazçıların edam edilməsi ehtimalını əsas gətirərək, "hər ehtimala qarşı" İrana "nəhəng donanma" göndərdiyini bildirib. "Hər şey baş verə bilər, amma biz onları çox diqqətlə izləyirik. Heç nə baş verməsini istəmirəm. Bizim ora doğru gedən böyük bir donanmamız var. Və biz bundan istifadə etmək məcburiyyətində qalmayacağıq. Görəcəyik", - deyə prezident Davos forumundan qayıdarkən Air Force One gəmisində xəbərdarlıq edib. Trampın sözlərinə görə, o, son etirazları qəddarcasına yatıran ayətullahlara 800-dən çox nümayişçini assalar, nəticələrlə üzləşəcəklərini çatdırıb. "Mən dedim ki, “Bunu həyata keçirsəniz, əvvəlkindən daha ağır zərbə alacaqsınız. Bu, [2025-ci ilin iyun ayında hava hücumları zamanı> nüvə proqramınıza etdiyimiz şeyləri bir parça tort kimi göstərəcək.” Bu dəhşətli hadisənin baş verməsindən bir saat əvvəl onlar bunu ləğv etdilər — yəni təxirə salmadılar, ləğv etdilər.
    Türkiyənin xarici işlər naziri Hakan Fidan da İsrailin İrana hücum etməyi düşündüyünə dair əlamətlər olduğunu bildirib. Fidan NTV-yə verdiyi müsahibədə İsrailin İrana hücum etməyə hazırlaşdığına dair əlamətlər olduğunu bildirib. Nazir həmçinin vurğulayıb ki, İranın üzləşdiyi ciddi iqtisadi çətinliklərə baxmayaraq, ictimai narazılıq birbaşa xalqın hakim sistemə münasibəti ilə əlaqələndirilməməlidir. O qeyd edib ki, ölkədə etirazlar həqiqətən də baş verir, lakin onların təbiəti xarici müşahidəçilərin gözlədiklərindən fərqlidir.

    İran ətrafındakı vəziyyət ABŞ-ın intensiv diplomatik fəaliyyəti, o cümlədən çoxsaylı telefon danışıqları ilə müşayiət olunub. Türkiyənin xarici işlər naziri Tehran hakimiyyətinin gərginliyin daha da artması olmadan mövcud çətinliklərin öhdəsindən gələcəyinə ümid etdiyini bildirib.

    Xatırladaq ki, İranda 2025-ci ilin dekabr ayının sonlarında milli valyutanın devalvasiyası səbəbindən etiraz dalğası başlayıb və tədricən kütləvi iğtişaşlara və hökumət əleyhinə etirazlara çevrilib və devrilmiş İran şahının oğlu Rza Pəhləvinin zəngləri ilə nəticələnib. İğtişaşlar ölkədə internetin bağlanmasına və həm hüquq-mühafizə orqanları, həm də etirazçılar arasında itkilərin olması barədə məlumatlar yayılmasına səbəb olub. İran hakimiyyəti ABŞ və İsraili iğtişaşları təşkil etməkdə günahlandıraraq, 12 yanvarda vəziyyəti nəzarət altına aldıqlarını elan etdi.

    İrana hücum olsa ABŞ gəmisindən, yoxsa İsraildən olacaq? Və ya hər ikisindən?

    ABŞ-nin regionda Türkiyədən başqa harda bazaları var və o bazalardan da bu hücumda istifadə edə bilərmi?

    AzerVoice xəbər verir ki, politoloq Rufiz Hafizoğlu Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, İran ətrafında çəmbər daralmaqdadır. Politoloq hesab edir ki, regionda (İran və yaxın dövlətlər, Yaxın Şərq nəzərədə tutulur) baş verən hadisələr İran ətrafında yeni bir savaşın olması ehtimalından xəbəər verir.

    “Artıq İran rəsmiləri açıq şəkildə deyirlər ki, “İrana müdaxilə regionu yandırar, region üçün faciə olar”. Eyni zamanda İranda həm orduda, həm SEPAH-da, həm də İranın İslam inqilabından sonra qorunması üçün yaradılan “underground” təşkilatlarda da olduqca ciddi bir “canlanma” var. İran daxilində hazırda repressiv addımların atıldığını görürük”-deyən Rufiz Hafizoğlu qeyd edib ki, İran yeni bir müharibə ssenarisinə tam olaraq hazırdır.

    Politoloqun fikrincə, bu gün İran İslam Respublikası yarandığı gündən bu günə qədər olan zaman dilimində ən zəif vəziyyətdədir.

    “İran dediyimiz zaman biz heç də yəni coğrafi ərazini nəzərdə tutmayaq. Mən İran dediyim zaman İranın proksi qüvvələrinin aktiv olduğu bütün bölgələri nəzərdə tuturam. İran rəsmiləri də məsələyə bu cür yanaşırlar. Onlar bunu deməsələr də, onların düşüncəsində bu var. Putinin Rusiyanın sərhədləri məsələsi ilə bağlı bir fikri var. Yəni eyni təfəkkür, eyni yanaşma bu molla rejimində də var. İran İslam Respublikasının sərhədləri İranın maraqlarının bitdiyi yerdə bitir. Bu düşüncə bu gün İranda olan hakim düşüncədir ki, dindar təbəqələrə və yaxud da ki, o dindar təbəqələrin təsiri altında formalaşmış təbəqələrə transfer olunan düşüncədir.

    İraq mövzu olduqca dərin, olduqca mürəkkəb bir mövzudur. Amma “İraq İranın son qalası olacaq”. Çünki İraq hakimiyyəti bugün molla rejimindən ideoloji baxımından təsirlənmiş bəhrələnmiş bir rejimdir”.

    Rufiz Hafizoğlu hesab edir ki, Amerika və İsrail müəyyən maraqlar çərçivəsində hələ ki, bu rejimə toxunmur: “Müəyyən proseslər gedir. İranın sərhədləri genişdir, proksiləri var, amma burada da tarazlıq yoxdur”.

    İran niyə zəifdir?

    Rufiz Hafizoğlu vurğulayıb ki, Suriya rejiminin, Bəşər Əsədin çökməsi, İranın süquta getmə yolunda domino effektini verəcək bir daş oldu: “Rejim çökdü və İran rejiminin süqutuna doğru hərəkətlənmə başladı. “Hizbullah”ın lideri Həsən Nəsrullahın öldürülməsi “Hizbullahı” zəiflətdi. Həsən Nəsrullah “Hizbullah”ın 30 illik lideri idi. Həsən Nəsrullahın qətlindən sonra “Hizbullah” heç vaxt əvvəlki “Hizbullah” ola bilməz. İndiki lider Naim Qasim ixtisasca kimyaçıdır. Heç bir hərbi fəaliyyəti yoxdur. Onun İranla bağları olsa belə o Nəsrullah ola bilmədi. Bunu “Hizbullah” da, Xamenei də yaxşı bilir. Həsən Nəsrullah danışdığı zaman İsrail belə izləyirdi ki, Həsən Nəsrullah nə deyəcək. Amma indiki lider çox zəif, baş verən hadisələrin fonunda olduqca sönük görünən biridir”.

    Politoloq hesab edir ki, bu gün hər kəs, istər İranda, istər dünyada gözləyir ki, Xamenei nə zaman öləcək: “İranda hər şey Xamenei öldükdən sonra cərəyan etməyə başlayacaq. “Hizbullah” zəifləyib, “HƏMAS” əvvəlki “HƏMAS” deyil. Eyni zamanda İraqda “Hizbullah” və İrana bağlı bəzi qurumlara pul transfer edən “husilər”in rəsmi fəaliyyəti qadağan olunub. Bu da Yaxın Şərq siyasəti, İranın sıxışdırılması və qollarının kəsilməsi üçün çox önəmlidir”.

    Hansı ölkələrdə ABŞ hərbi bazaları var?

    “ABŞ-nin Türkiyədə və İordaniyada hərbi bazaları var. Həmçinin Suriyada hərbi kontingenti, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərində bazaları var. ABŞ bu bazalardan hücumlar zamanı istifadə edə bilər. ABŞ-nin istifadə edə bilməyəcəyi və yaxud icazə verilməyəcəyi baza Türkiyə ola bilər. Burada mütləq maraqlar yoxdur, hər şey dəyişə bilər. Türkiyə də müəyyən şərtlərlə, müəyəyn risklərdən qorunmaq şərti ilə icazə verə bilər. Amma digər ölkələr, ABŞ-nin bu ölkələrdə olan "hərbi bazalarını istifadə etməsin" qərarını verəcək gücdə deyillər. Ərəb ölkələri artıq qismən müstəqil siyasət yürütməyə başlayıblar”-deyə Rufiz Hafizoğlu qeyd edib.

    “Reallıq budur ki, bu gün İran olduqca pis vəziyyətdədir və yaxın aylarda müharibə başlaya bilər. Əslində müharibənin keçən ilin sonlarına qəədər başlanması gözlənilirdi, amma İsraildə parlament seçkilərinə qədər başlaması istisna olunmur. Əgər parlament seçkiləri baş tutacaqsa… Çünki orada da fərqli problemlər var. Müəyyən ciddi koalisiyaların yaranması, Qəzza hadisələri ilə bağlı sağçılarla sol qüvvələr arasında çox ciddi fikir ayrılıqları var. Netanyahunun məhkəmə prosesi ilə bağlı çox fərqli fikirlər var. Bu baxımdan müharibə məncə, qaçınılmazdı. Amma müharibə ilə yanaşı belə deyək də, maksimum təzyiq diplomatiyasında istifadə olunacaq”-deyə politoloq bildirib.

    Təzyiq diplomatiyası nədən ibarətdir? İrandan nə qoparmaq olar?

    Politoloqun fikrincə, problem ondadır ki, müharibə olduğu zaman zənginləşdirilmiş uranın başqa əllərə keçmə ehtimalı var: “Artıq bunu İsraildə bəzi media qurumları, Birləşmiş Ştatlar, bəzi Türkiyədəki siyasətçilər də qeyd edirlər. Başa düşürlər ki, belə bir risk var. Yəni heç kim zəmanət verə bilməz ki, zənginləşdirilmiş uran, hər hansı bir başqa ölkənin - üçüncü ölkənin əlinə keçməyəcək.

    Görünməyən məqamlar çoxdur. İranı sıxacaqlar, İrandan maksimum güzəştə getməyi tələb olunacaq. Bu güzəşt müxtəlif ola bilər. Hətta bu güzəşt nüvə proqramından müvəqqəti olaraq imtina da ola bilər. Yəni bugünkü İslam rejimindən imtina edilsin. Amma İranda hakimiyyət dəyişərsə və İranda şah hakimiyyətə gələrsə, bu dəyişiklik Türkiyə, Azərbaycan və bütün bölgə ölkələri üçün daha ciddi təhdid olacaq, hətta bu günkü molla rejimi onun yanında bir “çiçək” olacaq”-deyə Rufiz Hafizoğlu bildirib.

    İradə Cəlil, Bizimyol.info

    İran ABŞ gərginliyi, İsrail İran münaqişəsi, Donald Tramp İran donanma, Yaxın Şərq müharibə riski, ABŞ hərbi bazaları, maksimum təzyiq diplomatiyası, İran etirazları, Tehran böhranı, regional təhlükəsizlik, geopolitik eskalasiya, US Iran tension, Trump fleet Iran, Middle East war risk, Israel Iran conflict, US military bases Middle East, maximum pressure diplomacy, Iran protests analysis, напряженность Иран США, конфликт Иран Израиль, флот Трампа Иран, Ближний Восток война, базы США регион, التوتر الأمريكي الإيراني, صراع إيران إسرائيل, الأسطول الأمريكي إيران, مخاطر الحرب الشرق الأوسط, 伊朗 美国 紧张局势, 中东 战争 风险, 以色列 伊朗 冲突, 이란 미국 긴장, 중동 전쟁 가능성, イラン 米国 緊張, 中東 戦争 リスク

    #İran ətrafında hərbi gərginlik artır: ABŞ və İsrail ssenariləri gündəmdə #Tramp İrana donanma göndərdi: müharibə riski nə qədər realdır? #Politoloq: İran tarixinin ən zəif mərhələsini yaşayır #ABŞ-ın regiondakı bazaları və İrana mümkün hücum planları #İran böhranı: maksimum təzyiq diplomatiyası #yoxsa müharibə? #Tehran ətrafında çəmbər daralır – ekspert rəyi #İran çevresinde savaş ihtimali güçleniyor #Trump’tan İran’a donanma mesajı #Uzmanlara göre İran en zayıf döneminde #İsrail-İran gerilimi yeni aşamada #Ortadoğu’da savaş senaryoları
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Tramp İrana donanma göndərdi: müharibə riski nə qədər realdır?

    27 Yanvar 2026 16:06

    Əbu-Dabidə danışıqlar: diplomatlar nəticə vemədi, indi hərbçilər ön plana çıxır?

    27 Yanvar 2026 12:00

    Yerə inamı itirəndə gözümüzü göyə dikirik: Müasir cəmiyyətin 'Yadplanetli' təsəllisi

    27 Yanvar 2026 09:00

    Ukraynanın təhlükəsizlik təminatları: mexanizmlər nələrdir və niyə yetərsiz qala bilər?

    27 Yanvar 2026 04:00

    PKK və SDQ haqqında gizli faktlar: Uşaq istismarı, edamlar və pedofiliya sənədləri

    26 Yanvar 2026 22:00

    Yaxın Şərqdə silahlı qruplaşmaların "Qızıl Dövrü" bitir?

    26 Yanvar 2026 16:44

    Bitkoin 86 min dollara çökdü: ABŞ-da 'Shutdown' təhlükəsi bazarları vurdu

    26 Yanvar 2026 15:24

    Su rezervlərimiz tükəndi: Planetin 'təbii kapitalı' necə talandı? – BMT-nin son hesabatında nə deyilir

    26 Yanvar 2026 09:00

    İraq siyasətində gərgin günlər: Baş nazir postu uğrunda mübarizə kəskinləşir - sünni blokunda parçalanma başladı

    26 Yanvar 2026 02:00

    Netanyahu üçün son sınaq: 2026-cı il büdcəsi və hökumətin taleyi necə olacaq?

    25 Yanvar 2026 22:00

    İranda rejim dəyişikliyi, yoxsa yeni saziş? Trampın masasındakı ssenarilər və dörd əsas şərt

    25 Yanvar 2026 19:10

    Misirdə 25 Yanvar İnqilabı niyə demokratiya ilə nəticələnmədi?

    25 Yanvar 2026 02:00
    Demo
    XƏBƏR LENTİ

    Ukraynaya elektrik avadanlıqlarından ibarət növbəti humanitar yardım göndərilib

    2025-ci ildə 2813 ailə kirayə mexanizmi vasitəsilə mənzil sahibi olub

    Energetika naziri Qubada vətəndaşları qəbul edəcək

    Süni intellekt ixtisaslarına tələbat artacaq - Dövlət Məşğulluq Agentliyi

    Türkiyədən Qırğızıstana xalça ixracı 21 milyon dolları keçib (ÖZƏL)

    MEDİA-dan Azərbaycan və Türkiyə arasında strateji müttəfiqliyi hədəf alan dezinformasiya ilə bağlı açıqlama

    Sahibə Qafarova Saqr Qobaşla Azərbaycan-BƏƏ parlamentlərarası əməkdaşlığı müzakirə edib

    Tramp İrana donanma göndərdi: müharibə riski nə qədər realdır?

    Keçən il Türkiyədən İrana polad ixracı 38 milyon dolları keçib (ÖZƏL)

    İllər dəyişir, insanlar dəyişir - dostluq qalır

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.