Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Türkiyə

    Təyyarəmizin qara qutusu tapılıb, araşdırmalar başladılıb - Ərdoğan

    12 Noyabr 2025 16:13
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Nailə Babazadə

    Türkiyə Prezidenti və AK Parti sədri Rəcəb Tayyib Ərdoğan Azərbaycan-Gürcüstan sərhədinə yaxın bölgədə baş vermiş hərbi C-130 təyyarəsi qəzası ilə bağlı məlumat verib.

    AzerVoice xəbər verir ki, Ərdoğan, bunu partiyasının Genişləndirilmiş İl Başçılar Toplantısında çıxışı zamanı bildirib.

    Ərdoğan qeyd edib ki, qəza nəticəsində 20 türk hərbçisi şəhid olub. O, şəhidlərin adlarını xüsusi hörmətlə yad edib.

    Prezident bildirib ki, hadisə Azərbaycan ilə Gürcüstan sərhədinə yaxın Sığnacı bölgəsində baş verib və təyyarə Qarabağ zəfərinin 5-ci ildönümü tədbirləri üçün Azərbaycana gedən birliyi daşıyırmış.

    Ərdoğan vurğulayıb ki, qəza xəbərini alar-almaz Türkiyənin Müdafiə, Daxili İşlər və Xarici İşlər nazirlikləri əlaqə saxlayıb və axtarış-xilasetmə işləri dərhal başlanıb. Təyyarənin qara qutusu tapılıb və araşdırmalar davam edir. Hazırda 19 şəhidin cəsədinə çatılıb, sonuncusunun tapılması üçün işlər davam etdirilir.

    Prezident həmçinin Azərbaycan Prezidenti İlham Əliyev və Gürcüstan Baş naziri ilə telefon danışığı həyata keçirildiyini və hər iki ölkənin qəza ilə bağlı bütün dəstəyi göstərdiyini bildirib. O vurğulayıb ki, Türkiyə dövlətinin imkanları ilə yanaşı, Azərbaycan və Gürcüstanın resursları da qəzanın nəticələrinin aradan qaldırılması üçün səfərbər edilib.

    Ərdoğan xalqdan yalan məlumatlara və dezinformasiyalara qarşı diqqətli olmağı xahiş edib və sosial mediada hadisəni siyasi məqsədlər üçün istifadə edənlərə etibar etməməyi tövsiyə edib.

    O, şəhidlərə Allahdan rəhmət diləyib, ailələrinə və Türk Silahlı Qüvvələrinə başsağlığı verib və mesaj və zənglə dəstək verən bütün dost və qardaş ölkələrə təşəkkürünü bildirib.

    #Rəcəb Tayyib Ərdoğan #Azərbaycan #Gürcüstan #təyyarə qəzası #qəza #C130 hərbi yük təyyarəsi #hərbi yük təyyarəsi qəzası #C-130 hərbi yük təyyarəsi #C-130 yük təyyarəsi
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Agentlikdə Dünya Bankının missiyası ilə görüş keçirilib

    4 Dekabr 2025 12:53

    Prezident İlham Əliyev Birləşmiş Krallığın müdafiə üzrə dövlət nazirini qəbul edib

    4 Dekabr 2025 12:13

    Bakıda Azərbaycan Karbon Bazarı üzrə Vorkşop keçirilib

    4 Dekabr 2025 11:21

    İRİA 10-a yaxın Afrika ölkəsinin heyəti ilə rəqəmsal inkişaf sahəsində əməkdaşlıq imkanlarını müzakirə edib.

    4 Dekabr 2025 11:06

    Göyçayda keçirilən regional konfrans başa çatıb

    3 Dekabr 2025 17:11

    4 ölkənin iştirakı ilə "Doğu Akdeniz - 2025" təlimi keçirilib

    3 Dekabr 2025 16:50

    XRİTDX tərəfindən dövlət qurumlarına qarşı kiberhücumların qarşısı uğurla alınır

    3 Dekabr 2025 15:17

    Baku Network Beyin Mərkəzləri Platformasına üzv qəbul edilib

    3 Dekabr 2025 12:29

    Ərdoğan və Makron Ukrayna, Qafqaz və Yaxın Şərqdə sülh yolunu müzakirə ediblər

    3 Dekabr 2025 11:52

    Ruben Vardanyanın məhkəməsində zərərçəkmiş şəxslərin ifadələri dinlənilib

    2 Dekabr 2025 17:53

    Türkiyə idarəetmə məhkəmələrində işləri Avropadan daha tez həll edir - Ərdoğan

    2 Dekabr 2025 16:36

    Azərbaycan və Estoniya xarici işlər nazirləri regional və qlobal məsələləri müzakirə ediblər

    2 Dekabr 2025 16:15
    Demo
    XƏBƏR LENTİ

    İsraillə danışıqların növbəti raundu 19 dekabrda başlayacaq - Cozef Aun

    Bu gün SSRİ və Əfqanıstan “dostluq müqaviləsi” imzaladı

    Tarixdə bu gün – 5 Dekabr

    Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi, DTX və XRİTDX birgə məlumat yayımlayıb

    BMT Təhlükəsizlik Şurası Suriya-Livan missiyasına başlayıb

    İsrail Livana hava zərbələri endirib

    Türkiyə Alyans üçün son dərəcə vacib müttəfiqdir - NATO baş komandanı

    Ankara Moskva ilə qaz sazişini yeniləyib

    Azərbaycan xalqına qarşı çoxsaylı cinayətlərin törədilməsində təqsirləndirilən şəxslərin məhkəməsinin növbəti iclasının vaxtı açıqlanıb

    Ermənistan vətəndaşlarının məhkəməsində təqsirləndirilən şəxslərin vəkillərinin müdafiə çıxışı yekunlaşıb

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.