Bakı, AzerVoice, Nailə Babazadə
Haydərpaşa Limanından çıxacaq yedəkli (böyük gəmilərin önündə gedən və əsasən onların manevr imkanlarını genişləndirmək üçün istifadə olunan kiçik həcmli gəmi növü. Yedək gəmilərin, böyük gəmilərin sifarişləri əsasında yardımçı fəaliyyətlər üçün cəlb olunur və göstərdiyi xidmətlərə xilasetmə-yardım, dəstək, çatdırma və manevr daxildir.) gəminin keçidi səbəbilə İstanbul Boğazında gəmi hərəkəti iki istiqamətli olaraq dayandırılıb.
AzerVoice xəbər verir ki, Türkiyə Nəqliyyat və İnfrastruktur Nazirliyindən verilən məlumata görə, yedəkli gəminin təhlükəsiz keçidini təmin etmək məqsədilə boğazda gəmilərin hərəkətinə fasilə verilib. Bu cür keçidlər zamanı hərəkətin dayandırılması, mümkün təhlükələrin qarşısını almaq üçün standart tədbir hesab olunur.
Gəmi keçidi başa çatdıqdan sonra İstanbul Boğazında gəmi nəqliyyatı yenidən bərpa olunacaq.