Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Digər Dövlətlər

    ABŞ və Çin liderləri TikTok-un taleyini müzakirə edəcək

    19 Sentyabr 2025 12:18
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,AzerVoice, Fərid Mikayılov

    ABŞ Prezidenti Donald Tramp, cümə günü Çin Prezidenti Si Cinpinlə telefon danışığı apararaq TikTok-un ABŞ-da fəaliyyətini davam etdirməsinə imkan verəcək razılaşmanı yekunlaşdırmağı planlaşdırır.

    AzerVoice xəbər verir ki, Tramp, açıqlamada, “Bildiyiniz kimi, cümə günü Prezident Si ilə TikTok və ticarətlə bağlı danışacağam. Bütün bunlarla bağlı razılaşmalara çox yaxınız” deyə bildirib.

    ABŞ lideri Çin ilə münasibətlərin “çox yaxşı” olduğunu vurğulasa da, Avropa ölkələrinin Pekinə qarşı daha yüksək gömrük rüsumları tətbiq etməsi halında Rusiyanın Ukraynadakı müharibəsini dayandıra biləcəyini iddia edib.

    Görüş barədə ilk açıqlama ABŞ Maliyyə Naziri Skott Bessent tərəfindən bu həftə Madriddə keçirilən ABŞ–Çin ticarət görüşməsinin ardından verilib. Bessent, TikTok-un mülkiyyət məsələsində tərəflərin razılığa gəldiyini, lakin yekun qərarın Tramp və Si Cinpin arasında veriləcəyini bildirib.

    Çinin Vaşinqtondakı səfirliyi isə görüşü təsdiqləməyib. Səfirliyin sözçüsü Liu Penyu, “Dövlət başçıları diplomatiyası Çin–ABŞ münasibətləri üçün strateji rəhbərlik baxımından əvəzolunmaz rol oynayır” deyə açıqlama verib.

    Bu telefon danışığı yalnız TikTok məsələsi ilə məhdudlaşmaya, həm də iki ölkə arasındakı genişmiqyaslı ticarət ixtilaflarının həlli üçün əsas addım ola bilər. Bu, Trampın Ağ Evə dönüşündən sonra Si Cinpin ilə ikinci telefon danışığı olacaq.

    Çin rəsmiləri bu həftə, TikTok-un alqoritmi də daxil olmaqla intellektual mülkiyyət hüquqlarının istifadəsi və ABŞ istifadəçi məlumatlarının təhlükəsizliyinin ortaq quruma həvalə olunması ilə bağlı razılıq əldə edildiyini açıqlayıblar.

    #ABŞ #Donald Tramp #Çin #Si Cinpin #TikTok #Vaşinqton #İkitərəfli əlaqələr #İkitərəfli münasibətlər #Pekin #TikTok-un ABŞ-dan silinməsi #ikitərəfli əməkdaşlıq #iqtisadi və ticari əlaqələr
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Tehran ədalətli nüvə danışıqlarına hazırdır - Laricani

    16 Fevral 2026 12:42

    Rusiya Finlandiya sərhədi boyunca yeni hərbi obyektlər qurur - Helsinki

    16 Fevral 2026 11:53

    Əraqçi Cenevrəyə gedib: İran–ABŞ dolayı danışıqlarının növbəti raundu keçiriləcək

    16 Fevral 2026 10:57

    Zelenski Trampın ultimatumuna cavab verib - Kifayət qədər kompromis edilib

    14 Fevral 2026 16:36

    ABŞ Yaxın Şərqdə hərbi mövcudluğunu artırır

    14 Fevral 2026 15:50

    Avropanın iqtisadi və təhlükəsizlik problemlərində Pekin günahkar deyil - Çin

    14 Fevral 2026 10:49

    ABŞ aralıq seçkilərə hazırlaşır

    14 Fevral 2026 09:14

    BMT maliyyə böhranı təhlükəsi ilə üz-üzə qalıb

    13 Fevral 2026 12:43

    Parlamentdə ABŞ-nin Vitse-prezidentinin Azərbaycana səfəri müzakirə olunub

    13 Fevral 2026 11:58

    Rumıniyada 2026–2027-ci tədris ili üzrə Hökumətlərarası Təqaüd Proqramı elan edilib

    13 Fevral 2026 09:30

    ABŞ Yaxın Şərqdə hərbi mövqeyini gücləndirir, ikinci təyyarədaşıyan yoldadır

    13 Fevral 2026 09:16

    Çin Venesuela neftinin idxalını bərpa edib

    12 Fevral 2026 17:26
    XƏBƏR LENTİ

    İspaniya üçün yeni seçim KAAN ola bilər

    Tehran ədalətli nüvə danışıqlarına hazırdır - Laricani

    Mediada boşanmaqla bağlı yalan məlumat yayanlar həbs ediləcək

    Xocalı, Hadrut və Qırmızı Bazara köç karvanları yola salındı

    Türkiyə limanları ilə 2 milyon tondan çox xam neft məhsulları daşınıb (ÖZƏL)

    Rusiya Finlandiya sərhədi boyunca yeni hərbi obyektlər qurur - Helsinki

    İsrailin addımı sülh səylərinə zərbə vurur - Səudiyyə XİN

    Yanvarda Türkiyənin Özbəkistana xalça ixracında kəskin artım (ÖZƏL)

    Prezident İlham Əliyev: Azərbaycan ilə Litvanı dostluq və əməkdaşlıq münasibətləri birləşdirir

    Prezident İlham Əliyev Gitanas Nausedanı təbrik edib

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.