BAKI, AzerVoice, Fərid Mikayılov
Türkiyənin İzmir şəhərində fəaliyyət göstərən Səhiyyə İdarəsi, idarəyə məxsus Ford və Mersedes markalı avtomobillərin ehtiyat hissələri, təmir, baxım və işçilik xidmətlərinin alınması üçün açıq tender elan edib.
Tenderdə yerli və əcnəbi şirkətlər iştirak edə bilər. İşin icra müddəti 12 ay təşkil edir.
Tender iştirakçıları aşağıdakı meyarlara sahib olmalıdırlar:
- Türkiyə Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklər olmamalı;
- Müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olmalı;
- Müflis elan olunmamalı, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmamalıdır.
Tender təklifinin təqdim edilməsinin son tarix vaxtı:
- Tender təklifləri 12 noyabr 2025-ci il tarixinə qədər "İzmir İl Sağlık Müdürlüğü Sümer Mah. 451 Sok. No:2 Konak/İzmir" ünvanına bağlı və küncləri möhürlənmiş zərflər şəklində təqdim edilməlidir