Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Cəmiyyət

    Kanadada Azərbaycan Gənclərinin Birinci Forumu keçirilib

    5 Fevral 2026 10:48
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email
    Bizi buradan izləyin və Bizə yazın

    BAKI, AzerVoice

    2 Fevral – Azərbaycan Gəncləri Günü münasibətilə Kanadanın Toronto şəhərində “Növbəti Nəsil Kanadalılar” (“The Next Generation Canadians”) adlı Kanada Azərbaycan Gənclərinin Birinci Forumu keçirilib. Forum Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, “Vətən” Azərbaycan İncəsənət və Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə baş tutub.

    AzerVoice xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.

    Forumda Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini Vaqif Seyidbəyov, Azərbaycan Respublikasının Kanadadakı müvəqqəti işlər vəkili Vüsal Süleymanov, Kanada parlamentinin üzvləri Ali Ehsassi, Roman Baber və Sima Acan, Ontario Əyalət Parlamentinin üzvü Andrea Hazell, Kanadanın Toronto, Kalqari, Alberta, Ottava, Karlton, Qərb, York və Toronto Metropolitan universitetlərində təhsil alan azərbaycanlı tələbələr, həmçinin müxtəlif sahələrdə işləyən, uğur qazanan gənc sahibkarlar iştirak edib.

    Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini Vaqif Seyidbəyov forumun Kanadada yaşayan azərbaycanlı gənclərin şəbəkələşməsi, liderlik bacarıqlarının inkişafı və milli kimliyin qorunması baxımından mühüm platforma olduğunu vurğulayıb. Gənclərin yaşadıqları cəmiyyətə inteqrasiyası ilə yanaşı, Azərbaycanla bağlarının daha da möhkəmlənməsinə töhfə verəcəyinə əminliyini ifadə edib.

    Kanadada fəaliyyət göstərən Azərbaycan Evinin rəhbəri Lalin Həsənova gənclərin Azərbaycan Evinin imkanlarından səmərəli istifadə etməsinin, milli kimlik və mədəni dəyərlərə daim önəm verməsinin, məskunlaşdıqları ölkədə Vətənimizi layiqincə təmsil etməsinin vacibliyindən danışıb.

    Forumda Ontario vilayətinin Turizm, Mədəniyyət və Oyun Biznesi üzrə naziri və Ontario Əyalət Parlamentinin üzvü Stan Çonun 'Vətən' Azərbaycan İncəsənət və Mədəniyyət Mərkəzinə göndərdiyi rəsmi təbrik məktubu səsləndirilib. Məktubda forumun işinə və gənclərə uğurlar arzulanıb.

    Digər çıxışçılar gənclərin inkişafına yönələn və onlar üçün faydalı ola biləcək imkanları müzakirə edərək, gənc soydaşlarımızın şəbəkələşməsinə xidmət edən bu addımları yüksək qiymətləndiriblər.

    Forumun işi sessiya və panellərlə davam edib.

    Təlimçi Pərvin Abdullayeva “Gələcəyin Qurucuları: Gənclər necə innovativ ola bilər, sahibkarlar kimi ünsiyyət qura və idarə edə bilər?” adlı sessiyada gənclərə innovativ düşüncə və liderlik bacarıqlarının inkişafı ilə bağlı tövsiyələr verib. Təlimçi Stiv Elliot isə “Sürətli düşün, təsirli danış: Gələcək liderlər üçün ünsiyyət” mövzusunda ictimai natiqlik təlimi ilə iştirakçıların effektiv ünsiyyət və təqdimat bacarıqlarını gücləndirməsi üçün maraqlı məsləhətlər səsləndirib.

    Forumda, həmçinin “Böyük ideyalar, real hekayələr: uğurlu sahibkarların düşüncələri”, “Öyrənmək, qazanmaq və böyümək: dərslər və karyera arasında”, “Təcrübə səsləri: dərsliklərdə tapmayacağınız dəsrlər” adlı panellərdə gənclərlə yanaşı, Kanadanın müxtəlif universitetlərində akademik təcrübəsi olan azərbaycanlı professorlar da çıxış edib, öz maraqlı və faydalı təcrübələrini bölüşüblər.

    Qeyd edək ki, bu kimi forumların ənənəvi təşkil olunmasının əsas məqsədi xaricdə yaşayan azərbaycanlı gənclərin yaşadıqları cəmiyyətə inteqrasiyasını gücləndirmək, əlaqələrini genişləndirmək və həmvətənlərimiz arasında dayanıqlı icma birliyinin formalaşmasına töhfə verməkdir.

    Kanadada Azərbaycan Gənclərinin Birinci Forumu keçirilib
    Kanadada Azərbaycan Gənclərinin Birinci Forumu keçirilib
    Kanadada Azərbaycan Gənclərinin Birinci Forumu keçirilib
    Kanadada Azərbaycan Gənclərinin Birinci Forumu keçirilib
    Kanadada Azərbaycan Gənclərinin Birinci Forumu keçirilib
    Kanadada Azərbaycan Gənclərinin Birinci Forumu keçirilib
    Kanadada Azərbaycan Gənclərinin Birinci Forumu keçirilib
    Kanadada Azərbaycan Gənclərinin Birinci Forumu keçirilib
    #Azərbaycan #Kanada #Diasporla İş üzrə Dövlət Komitəsi #Azərbaycan Evi #Toronto #Gənclər Günü #Vaqif Seyidbəyov #Andrea Hazell #York #Karlton
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Azərbaycan və Türkmənistan atçılıq sahəsində əməkdaşlığı genişləndirir

    12 Fevral 2026 17:00

    Qərbi Azərbaycan İcması Avropa Şurasının komissarını ayrı-seçkiliyə yol verməməyə və qayıdış hüququna dəstək verməyə çağırır

    11 Fevral 2026 17:31

    Elm bərabərliklə güclənir, qızların elmdə yolu açılmalıdır - Mətanət Ağamirli

    11 Fevral 2026 17:21

    İRİA-nın tərəfdaşlığı ilə Azərbaycan-Türkiyə İKT Biznes Forumu baş tutub

    11 Fevral 2026 17:14

    Mədəniyyət Nazirliyinin 2025-ci ildəki fəaliyyətinə dair genişləndirilmiş kollegiya iclası keçirilir

    11 Fevral 2026 16:56

    Sahibə Qafarova Ərəb Parlamentinin prezidenti ilə görüşüb

    11 Fevral 2026 16:41

    Azərbaycan Respublikasının Mərkəzi Bankının 28 günlük Qısamüddətli Notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir

    11 Fevral 2026 16:23

    Bakı Fond Birjası Beynəlxalq Valyuta Fondunun (IMF) Azərbaycan üzrə missiyası ilə görüş keçirib

    11 Fevral 2026 16:19

    Azərbaycan Respublikasının Mərkəzi Bankının 168 günlük Notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir

    11 Fevral 2026 16:15

    Alman-Azərbaycan Xarici Ticarət Palatasının nümayəndələri ilə görüş keçirilib

    11 Fevral 2026 15:58

    Fevralın 13-də pensiyaların yeni artımla birgə ödənişinə başlanacaq

    11 Fevral 2026 15:48

    “AzerGold” QSC-nin təsis edilməsindən 11 il ötür

    11 Fevral 2026 15:24
    XƏBƏR LENTİ

    “Bir Elin Manifesti” müsabiqəsinin qalibləri mükafatlandırıldı

    Ərdoğan Vuçiçlə mətbuat konfransında Türkiyənin Balkan regionuna verdiyi önəmdən danışıb

    Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanəti Fondunun istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir

    Banqladeşdə səsvermə başa çatıb, sayım başlayıb

    ABŞ-nin Əsas Yəhudi Təşkilatları Prezidentləri Konfransının nümayəndə heyəti ilə görüş keçirilib

    Böyük Britaniya Ukraynaya 1000 ədəd çoxməqsədli raket göndərəcək

    Ərdoğan serbiyalı həmkarı Aleksandr Vuçiç ilə görüşüb

    Qədim Ordubad şəhəri ICESCO-nun İslam Dünyası İrsinin İlkin Siyahısına daxil edildi

    Vaşinqton və Tehran nüvə razılaşmasında "çeviklik" nümayiş etdirir - Hakan Fidan

    Epstein sənədlərində MİT-in Suriyada ABŞ-a qarşı əməliyyatı barədə məlumat verilib

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.