BAKI, AzerVoice
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında baş verən yanğında ölən Samir Məhəmmədov binanın Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin (MMMC) sədri olub.
Bu barədə AzerVoice-a bina sakinləri məlumat verib.
Sakinlərin məlumatına görə, yanğında həyatını itirən şəxs binada sakinlər tərəfindən seçilib.
Qeyd edək ki, hadisə nəticəsində tüstüdən 3 nəfər boğularaq ölüb, azı 20 nəfər isə zəhərlənib. Hazırda zəhərlənənlərdən 7 nəfərin müalicəsi KTM-in Toksikologiya şöbəsində davam etdirilir. Onlardan 6 nəfərin vəziyyəti orta ağır, 1 nəfər azyaşlının vəziyyəti isə ağır olaraq qiymətləndirilir.