Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Cəmiyyət

    Özəl sektorda gəlir vergisi üzrə yeni güzəşt mexanizmi tətbiq olunacaq

    21 Noyabr 2025 20:35
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    Bakı,AzerVoice

    Ölkəmizdə sosial rifahın yüksəldilməsi, biznes mühitinin əlverişliliyinin artırılması və qeyri-neft sektorunda rəsmi məşğulluğun təşviqi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.

    Bu barədə AzerVoice-a Dövlət Vergi Xidmətindən məlumat verilib.

    2019-cu ildən özəl sektorda iş yerlərinin rəsmiləşdirilməsinə dəstək vermək üçün işçilərin gəlir vergisinə tətbiq edilən 7 illik güzəştlər cari ilin sonunda başa çatacağından 2026-cı ildən etibarən qeyri-neft-qaz sektorunun özəl bölməsində fiziki şəxslərin gəlir vergisinə dair yeni, mərhələli güzəştlərin tətbiqinə başlanılacaq. Məqsəd iqtisadi fəallığı dəstəkləmək, sahibkarların vergi yükünü azaldaraq yeni iş yerlərinin yaradılmasına təkan vermək və əmək bazarında rəqabətqabiliyyətliliyi artırmaqdır.

    İslahatların nəticələrinin qorunub saxlanılması, müvafiq sahədə stabilliyin təmin edilməsi, həmçinin leqallaşma prosesinin davam etdirilməsi üçün, daha az gəlirlərə aşağı vergi yükünü müəyyən etməklə qeyri-neft-qaz sektorunun özəl bölməsində əmək haqlarının tədricən, mərhələli şəkildə vergiyə cəlb edilməsi təklif olunur. Aylıq məbləğindən asılı olaraq 2500 manatadək gəlirlər 2026-cı ildən 3, 2027-ci ildən 5, sonrakı illərdən isə 7 faiz, 2500-8000 manat aralığında gəlirlər 10 faiz və 8000 manatdan yuxarı gəlirlər isə 14 faiz dərəcə ilə vergiyə cəlb olunacaq. Bu zaman işçinin aylıq gəliri 2500 manatadək olduqda həmin məbləğin 200 manat olan hissəsindən gəlir vergisinin tutulmaması ilə bağlı güzəşt qüvvədə qalacaq.

    Eyni zamanda 2026-cı ilin 1 yanvar tarixindən qeyd edilən sektorda muzdlu iş üzrə işçinin aylıq gəliri 8000 manatadək olduqda, işçidən tutulan və işəgötürənin hesabına ödənilən sosial sığorta haqlarının dərəcəsi hazırda qüvvədə olan dərəcələrlə davam etdirilir. İşçinin əmək haqqının 8000 manatdan yuxarı hissəsinə görə isə dərəcənin 4 faiz azaldılaraq 25 faizdən 21 faizə endirilməsi, işçi üzrə 10 faiz, işəgötürən üzrə 11 faiz nəzərdə tutulur.

    Özəl sektora münasibətdə tibbi sığorta haqqı dərəcələrində də dəyişiklik edilir. Belə ki, dəyişikliyə qədər işçinin əməkhaqqısının 8000 manatadək olan hissəsindən 2 faiz, 8000 manatdan yuxarı olan hissəsindən 0,5 faiz, işəgötürən tərəfindən əməkhaqqının 8000 manatadək olan hissəsindən 2 faiz, 8000 manatdan yuxarı olan hissəsindən 0,5 faiz tutulurdu.

    1 yanvar 2026-cı il tarixdən etibarən isə işçi və işəgötürəndən əməkhaqqının 2500 manatadək olan hissəsindən 2 faiz, 2500 manatdan yuxarı olan hissəsinə görə isə, işçi və işəgötürən üzrə 0,5 faiz hesablanacaq. Bununla da, əməkhaqqının 2500-8000 manat intervalında icbari tibbi sığorta haqqının cəmi dərəcəsi 4 faizdən 1 faizə endirilir.

    İşsizlikdən sığorta haqqının hesablanması isə hazırda qüvvədə olan qaydada davam etdirilir.

    Yeni mexanizmlər sosial müdafiə sisteminin maliyyə dayanıqlığını gücləndirməyə, əmək bazarında yüklərin balanslaşdırılmasına və vətəndaşların rifah səviyyəsinin qorunmasına xidmət edəcək, həmçinin rəsmi məşğulluğun qorunması və əmək münasibətlərinin rəsmiləşdirilməsinin təşviqinə şərait yaradacaq.

    Dəyişikliklər bütövlükdə sahibkarlara və işçilərə yeni vergi dərəcələrinə rahat uyğunlaşmağa kömək edəcək. Yəni həm biznes subyektləri üçün, həm də işçilər üçün yük minimum olacaq. Həmçinin verginin mərhələli tətbiqi iqtisadiyyatda qiymətlərin və əmək haqlarının sabit qalmasına da dəstək verəcək. Nəticədə, həm işçilər, həm də sahibkarlar üçün daha yumşaq keçid təmin ediləcək.

    #Dövlət Vergi Xidməti #sosial rifahın yüksəldilməsi #biznes mühitinin əlverişliliyinin artırılması #qeyri-neft sektoru #İşsizlikdən sığorta haqqı #rəsmi məşğulluğun qorunması #əmək münasibətlərinin rəsmiləşdirilməsinin təşviq
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    İpoteka və Kredit Zəmanət Fondunun zəmanəti ilə sahibkarlara 684 milyon manat kredit verilib

    29 Yanvar 2026 17:15

    Dövlət Vergi Xidmətində Pərakəndə Geyim İdxalçıları Assosiasiyası ilə görüş keçirilib

    23 Yanvar 2026 11:25

    Yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 14,8 faiz artıb

    8 Yanvar 2026 11:10

    Türkiyədə işsizlərin sayı 3 milyonu ötüb

    30 Dekabr 2025 11:35

    Kənd təsərrüfatına verilən vergi güzəştləri balıqçılığa da şamil ediləcək

    22 Dekabr 2025 11:55

    Azərbaycanda üzvi və orqanomineral gübrələr də ƏDV-dən azad ediləcək

    22 Dekabr 2025 11:31

    Vergilərin 73,1 faizi qeyri-neft-qaz sektorunun payına düşüb

    4 Dekabr 2025 12:31

    Nağdsız ödənişlər sahibkarların vergi yükünü azaldacaq - Günay Vəliyeva

    2 Dekabr 2025 11:09

    DVX-nin nümayəndə heyəti Xorvatiyada səfərdə olub

    14 Noyabr 2025 16:03

    2026-cı il üçün DSMF-nin, İSF-nin büdcələri, yaşayış minimumu və ehtiyac meyarı müzakirə olunub

    5 Noyabr 2025 22:00

    Vergi Xidmətinin 25 illiyi qeyd olunub– media nümayəndələri üçün təlim və müsabiqə keçirilib

    3 Noyabr 2025 14:46

    Dövlət Vergi Xidməti yeni xidmət istifadəyə verib

    14 Oktyabr 2025 13:54
    Demo
    XƏBƏR LENTİ

    ADA Universiteti ilə Türkmənistan XİN-nin Beynəlxalq Münasibətlər İnstitutu arasında videokonfrans formatında görüş keçirilib

    İnvest Time ilk podcast buraxılışını təqdim etdi: Gənclər üçün investisiya və maliyyə savadlılığı rəhbəri

    “Məşğulluğa Dəstək Layihəsi” benefisiarları arasında sorğu keçirilib

    Nick Talbot Vüqar Oruca təşəkkür məktubu göndərib

    "İŞİD" ailələrinin düşərgəsi mühasirədə: Suriya ordusundan Əl-Hol üçün strateji qərar qəbul edildi

    Prezident İlham Əliyev İndoneziya Prezidentini Azərbaycana səfərə dəvət edib

    Növbəti köç karvanları Xankəndi, Xocalı və Ağdərəyə çatdı: mənzillərin açarları təqdim olundu

    İran sahillərindəki ABŞ donanmasının imkanları nədən ibarətdir?

    Azərbaycan və BƏƏ xarici işlər nazirləri regional və beynəlxalq təhlükəsizliyi müzakirə ediblər

    2018-2025-ci illərdə reabilitasiya xidməti göstərilənlərin illik sayı 12 dəfə artıb

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.