Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Cəmiyyət

    Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri ABŞ-də dinlərarası dialoq mövzusunda görüş keçirib

    8 Oktyabr 2025 16:04
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Nailə Babazadə

    Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov ABŞ-yə səfəri çərçivəsində İsa Məsihin Sonuncu Gün Müqəddəsləri Kilsəsinin “On iki Həvari Kvorumu”nun üzvü Deyvid Bednar ilə görüşüb.

    AzerVoice xəbər verir ki, Dövlət Komitəsinin sədri vurğulayıb ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müəyyən etdiyi siyasətə uyğun olaraq ölkəmizdə dini icmalara davamlı olaraq maddi və mənəvi dəstək göstərilir. İşğaldan azad edilmiş ərazilərdə məscid və kilsələrin bərpası Azərbaycanın dövlət-din münasibətlərində nümunəvi təcrübəsini nümayiş etdirir. Dini qurumlarla əməkdaşlıq siyasətinin məqsədi cəmiyyətdə qarşılıqlı anlaşmanın, həmrəyliyin və mənəvi dəyərlərin qorunması, eləcə də təşviqidir. İsa Məsihin Sonuncu Gün Müqəddəsləri Kilsəsinin Azərbaycandakı uğurlu fəaliyyətinə toxunan Ramin Məmmədov görüş iştirakçılarını dini icmaya məxsus kilsənin yaxın zamanlarda keçirilməsi nəzərdə tutulan açılış mərasiminə dəvət edib.

    Deyvid Bednar Azərbaycanın sülh quruculuğu və dinlərarası dialoq prosesindəki roluna toxunaraq, ölkəmizdə təkcə ənənəvi dinlərin yox, onların müxtəlif qollarının mənsublarına da sərbəst şəkildə ibadət etmək imkanının yaradılmasını yüksək qiymətləndirdiyini deyib. Bildirib ki, Azərbaycanda dini konfessiyalara münasibət, tarixi-dini abidələrin bərpasına göstərilən xüsusi diqqət, dinlərarası dialoq mövzusunda təşkil olunan beynəlxalq konfranslar dövlətin tolerantlıq prinsiplərinə yanaşmasını nümayiş etdirir.

    Kilsənin “Yetmiş Həvari Kvorumu”nun üzvü Cek Gerardın da iştirak etdiyi görüşdə əməkdaşlıq perspektivləri, beynəlxalq platformalarda Azərbaycanın multikulturlaizm və tolerantlıq ənənələrinin təbliği barədə fikir mübadiləsi aparılıb.

    #ABŞ #Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi #Ramin Məmmədov
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Avropa öz gücünü doğru qiymətləndirmir - Kaya Kallas

    6 Dekabr 2025 16:55

    Donald Tramp Prezident İlham Əliyevə təşəkkür edib

    6 Dekabr 2025 15:59

    Hikmət Hacıyev və Armen Qriqoryan panel müzakirəsində iştirak ediblər

    6 Dekabr 2025 15:47

    Cənubi Qafqazda yeni reallıqlar və status-kvo qururuq - Hikmət Hacıyev

    6 Dekabr 2025 14:58

    Əgər Avropa böyük olmaq istəyirsə, özünü müdafiə edə bilməlidir - Meloni

    6 Dekabr 2025 09:57

    ABŞ Livana 90,5 milyon dollarlıq hərbi texnika satışını təsdiqləyib

    6 Dekabr 2025 09:25

    Futbol üzrə DÇ-2026-nın püşkatma mərasimi keçirilib

    6 Dekabr 2025 09:17

    Ramin Məmmədov İsveç XİN-in xüsusi nümayəndəsi ilə görüşüb

    5 Dekabr 2025 15:06

    ABŞ Kanadaya 2,68 milyard dollar dəyərində hava hücumu silahlarının satışını təsdiqləyib

    5 Dekabr 2025 11:12

    2026 Dünya Kuboku ilk dəfə 48 komanda ilə keçiriləcək

    5 Dekabr 2025 10:17

    BMT Təhlükəsizlik Şurası 14 İldən Sonra İlk Dəfə Suriyaya Səfər Edib

    4 Dekabr 2025 14:40

    Prezident İlham Əliyev Birləşmiş Krallığın müdafiə üzrə dövlət nazirini qəbul edib

    4 Dekabr 2025 12:13
    Demo
    XƏBƏR LENTİ

    Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva Dəkkədə Banqladeşin müvəqqəti hökumətinin Baş müşaviri ilə görüşüblər

    Türkiyədən Qırğızıstana dəri ixracı 15 milyon dolları keçib (ÖZƏL)

    FHN “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunun ərazisində taktiki-xüsusi təlim keçirib

    Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib

    Azərbaycan Premyer Liqasında daha bir oyun keçiriləcək

    Ablutofobiya nədir?

    Türkiyədən İrana elektrik avadanlıqları ixracı azalıb (ÖZƏL)

    Azərbaycan Yaxın Şərqdə çoxistiqamətli diplomatik xəttini gücləndirir-kimlər narahatdır?

    Türkiyədən Fransaya sement ixracı azalıb (ÖZƏL)

    Hikmət Hacıyev Körfəz Əməkdaşlıq Şurasının rəhbəri ilə görüşüb

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.