Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Cəmiyyət

    Qanvermə aksiyası keçirilib

    27 Sentyabr 2025 12:59
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    ​BAKI,AzerVoice

    “Bir damla qan, min ümidə can” devizi ilə təşkil olunan qanvermə aksiyasında sahibkarlar və şirkət əməkdaşları fəal iştirak ediblər.

    AzerVoice xəbər verir ki, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və İş adamları Cəmiyyətinin Milli Assosiasiyasının (İCMA) birgə təşkilatçılığı, “Marsol Group”, “Məlhəm Beynəlxalq Hospital”, Milli Hematologiya və Transfuziologiya Mərkəzi və Respublika Qan Bankının tərəfdaşlığı ilə könüllü qanvermə aksiyası keçirilib.

    27 sentyabr - Anım Günü ilə bağlı təşkil olunmuş “Bir damla qan, min ümidə can” devizi ilə qanvermə aksiyası Bakı şəhəri üzrə “Bakı KOB evi”, Respublika Qan Bankı və “Məlhəm Beynəlxalq Hospital”da təşkil olunub. Tədbirə qoşulan sahibkarlar və şirkət əməkdaşları, eləcə də KOBİA, İCMA və “Marsol Group”un nümayəndələri qan verib. Həkim-hematoloqlar tərəfindən hər bir donorun sağlamlığı öncədən yoxlanılıb, hərtərəfli tibbi müayinədən sonra onlardan qan götürülüb.

    Artıq ikinci dəfə təşkil olunan aksiya bu il daha geniş miqyasda baş tutub. Belə ki, qanvermə aksiyası 25–26 sentyabr tarixlərində Bakı ilə yanaşı, Şəki, Lənkəran və Xaçmazda da təşkil olunub.

    Aksiyada ümumilikdə Bakı və regionlar daxil olmaqla 800-ə yaxın şəxs qan verib. Tədarük olunan qan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan digər xəstələrin müalicəsində istifadə olunacaq.

    Qeyd edək ki, ötən il aksiya çərçivəsində 500-ə yaxın şəxs qan verib.

    Qanvermə aksiyası keçirilib
    Qanvermə aksiyası keçirilib
    Qanvermə aksiyası keçirilib
    Qanvermə aksiyası keçirilib
    Qanvermə aksiyası keçirilib
    Qanvermə aksiyası keçirilib
    Qanvermə aksiyası keçirilib
    Qanvermə aksiyası keçirilib
    #KOBİA #27 Sentyabr – Anım Günü #Kiçik Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) #İş adamları Cəmiyyətinin Milli Assosiasiyası (İCMA)
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    SDU-da I Beynəlxalq Maliyyə, Mühasibat, Audit və Rəqəmsallaşma Simpoziumu keçirilib

    13 Noyabr 2025 19:22

    Zəfər Günü münasibətilə Göyçayda “KOB FEST” sərgi-satış yarmarkası keçirilir

    8 Noyabr 2025 18:15

    Azərbaycan - BƏƏ Birgə Biznes Şurasının həmsədrlərinin ilk iclası keçirilib

    7 Noyabr 2025 11:36

    Bakı KOB evində Zəfər Gününə həsr olunmuş tədbir keçirilib

    5 Noyabr 2025 20:54

    Saatlı rayonunda sahibkarlarla görüş keçirilib

    4 Noyabr 2025 15:18

    Avrasiya Gənc İş Adamları Forumu – EYBF 2025 Bakıda keçiriləcək

    30 Oktyabr 2025 16:51

    KOB klasterinə qoşulan sahibkarlar 7 il vergi güzəştlərindən yararlanacaq

    29 Oktyabr 2025 12:06

    Qazaxıstan Azərbaycanın KOB evi modelinin tətbiqində maraqlıdır

    22 Oktyabr 2025 10:35

    Qazaxıstan–Azərbaycan biznes forumu keçirilib

    21 Oktyabr 2025 20:36

    MÜSİAD Azərbaycan ilə Malayziya Ticarət Palatası arasında əməkdaşlıq müzakirə edilib

    9 Oktyabr 2025 10:02

    İslam Əməkdaşlıq Təşkilatının KOB-lar Şəbəkəsi yaradılıb

    8 Oktyabr 2025 17:22

    Azərbaycan halal biznesin regional mərkəzinə çevrilir - Orxan Məmmədov

    7 Oktyabr 2025 12:08
    Demo
    XƏBƏR LENTİ

    Azərbaycan və Niderland arasında ikitərəfli münasibətlər müzakirə olunub

    Türkiyədə Nazirlər Kabineti iclasında təyyarə qəzası müzakirə olunub

    Vəhyin kainatla vəhdəti - Səsli Kitab

    Prezident İlham Əliyev "Mərkəzi icra hakimiyyəti orqanlarının Nümunəvi Əsasnaməsi”ni təsdiq edib

    Yaradıcı Mərkəz STEAM Azərbaycan Festivalında iştirak edir

    Barselona Messinin geri dönüş ehtimalını rədd edib

    Dövlət Komitəsinin sədri Avropa İttifaqının Azərbaycandakı səfiri ilə görüşüb

    Səudiyyədə yeni logistika kompleksi açılıb

    Qəzzada tibbi təxliyələrin gecikməsi 900-dən çox ölümə səbəb olub - ÜST

    Türkiyənin Mersin limanı 3 mindən çox gəmi qəbul edib (ÖZƏL)

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.