BAKI, AzerVoice
Azərkosmos ölkəmizdə ilk dəfə olaraq “Milli Kosmik Hakaton” keçirəcək.
AzerVoice xəbər verir ki, Hakatonun əsas məqsədi kosmos və innovasiya sahəsində 18-35 yaş arası azərbaycanlı gəncləri bir araya gətirərək innovativ yanaşmaların inkişafına şərait yaratmaq, kosmik sahibkarlıq və innovasiya barədə məlumatlılığı artırmaq və gənclərin bu sahəyə bağlılığını artırmaqdır.
24 saat davam edəcək hakaton zamanı iştirakçılar komandalar şəklində bir araya gələrək peyk məlumatlarını və müasir texnologiyaları tətbiq edərək kənd təsərrüfatı, ətraf mühitin monitorinqi, şəhərsalma və ağıllı şəhərlər, eləcə də fövqəladə hallara cavab kimi sahələrə yönəlmiş innovativ həllər hazırlayacaqlar.
Hakaton innovasiya və kosmik sahəyə marağı olan hər kəs üçün açıqdır. Proqramçılar, dizaynerlər, mühəndislər, tədqiqatçılar, sahibkarlar, tələbələr və ümumiyyətlə kosmos həvəskarları komanda şəklində iştirak edə bilərlər.
İştirak tamamilə ödənişsizdir və qalib komandalar inkubasiya dəstəyi və aşağıdakı mükafatlarla təltif olunacaq:
Birinci yer – 3000 AZN
İkinci yer – 2000 AZN
Üçüncü yer – 1500 AZN