Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Cəmiyyət

    Bu gün rezidenturaya qəbul imtahanının 2-ci mərhələsi keçiriləcək

    10 Avqust 2025 09:18
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice

    Bu gün Bakı və Naxçıvan şəhərlərində rezidenturaya qəbul imtahanının 2-ci mərhələsi keçiriləcək.

    Dövlət İmtahan Mərkəzindən AzerVoice-a bildirilib ki, imtahan Bakı şəhərində 4, Naxçıvan şəhərində 1 binada təşkil olunacaq və saat 10:00-da başlanacaq. Saat 09:45-də buraxılış rejimi başa çatacaq və bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmayacaq. İmtahan 2 saat 30 dəqiqə davam edəcək.

    Namizəd imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini və imtahana buraxılış vərəqəsini mütləq gətirməlidir. Göstərilən sənədlərdən hər hansı biri olmazsa və ya sənədlər arasında uyğunsuzluq olarsa, namizəd imtahana buraxılmayacaq.

    Kütləviliyin qarşısının alınması məqsədilə imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib və buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır.

    Rezidenturaya qəbul imtahanının 2-ci mərhələsində iştirak etmək üçün 905 nəfər qeydiyyatdan keçib. Onlardan 336 nəfəri oğlan, 569 nəfəri qızdır. 739 namizəd Azərbaycan bölməsinin, 169 namizəd rus bölməsinin, 373 namizəd cari ilin, 532 namizəd isə əvvəlki illərin məzunudur. 2 nəfər xarici ölkə vətəndaşıdır. Bakı şəhərində 879, Naxçıvan şəhərində isə 26 namizədin imtahan verəcəyi gözlənilir.

    İmtahanın idarə olunması üçün 5 ümumi imtahan rəhbəri, 11 imtahan rəhbəri, 81 zal nəzarətçisi, 12 buraxılış rejimi (mühafizə) əməkdaşı ayrılıb.

    #qəbul imtahanı #imtahan #Dövlət İmtahan Mərkəzi (DİM) #İmtahan qaydaları
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Dövlət İmtahan Mərkəzi ictimaiyyət üçün açıq görüşlərə start verir

    23 Sentyabr 2025 16:37

    DİM bu gün əlavə imtahanlar keçirib

    7 Sentyabr 2025 13:35

    Cari ilin buraxılış imtahanlarında üzrlü səbəbdən iştirak edə bilməyənlər üçün əlavə imtahan keçiriləcək - DİM

    2 Sentyabr 2025 11:01

    IV qrupda 600 baldan yuxarı toplayan 10 abituriyent müsabiqədən kənarda qaldı

    22 Avqust 2025 23:00

    Ali təhsil müəssisələrinə qəbulun nəticələri elan edilib

    22 Avqust 2025 22:40

    Ali təhsil müəssisələrinə qəbul olmaq üçün ixtisas seçimi başlayır - Bu gündən

    11 Avqust 2025 09:27

    DİM bu gün peşəkar mühasib sertifikatı imtahanının II mərhələsini keçirəcək

    10 Avqust 2025 09:22

    Bu gün dövlət qulluğuna qəbul imtahanı keçirilib

    3 Avqust 2025 15:13

    Bu gün Musiqi ədəbiyyatı fənni üzrə test imtahanı keçiriləcək

    3 Avqust 2025 09:09

    I və IV ixtisas qrupları üzrə qəbul imtahanının nəticələri açıqlanıb

    24 İyul 2025 22:38

    Bu gün peşəkar mühasib sertifikatı imtahanının I mərhələsi keçiriləcək

    20 İyul 2025 09:08

    I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçirilib

    13 İyul 2025 13:52
    Demo
    XƏBƏR LENTİ

    Türkiyədən Rusiyaya xalça ixracı 14 milyon dolları keçib (ÖZƏL)

    PKK Türkiyədən çıxır

    Türkiyənin Tekirdağ limanı 2 mindən çox gəmi qəbul edib (ÖZƏL)

    Bir hadisə, iki baxış: Qədir-Xum mübahisəsinin tarixi kökləri

    Siyasət mənim qanımdadır - Kamala Harris

    Türkiyəyə Azərbaycandan nefti ixracı 70 faizə yaxın azalıb

    Türkiyədən Türkmənistana avtomobil ixracı azalıb (ÖZƏL)

    Diyarbəkir hava limanında sərnişindaşıma 1 milyon nəfəri keçib (ÖZƏL)

    Yuxuda akkоrdеоn görmək

    Bu gün Corc Buş “Patriot Aktı”nı imzaladı: ABŞ-da terrorla mübarizədə yeni mərhələ başladı

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.