Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Cəmiyyət

    Bu gün dövlət qulluğuna qəbul imtahanı keçirilib

    3 Avqust 2025 15:13
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice

    Dövlət İmtahan Mərkəzi (DİM) 3 avqust 2025-ci il tarixində inzibati vəzifələrin B növünə aid BB qrupu üzrə dövlət qulluğuna qəbul imtahanı və inzibati rəhbər vəzifələrə aid AB, AC və inzibati icraçı vəzifələrə aid BA, BB vəzifə qrupları üzrə dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi imtahanı keçirib.

    DİM-dən AzerVoice-a bildirilib ki, dövlət qulluğuna qəbul imtahanı saat 10:00-da başlanıb. İmtahan Bakı və Naxçıvan şəhərlərində kompüterlər vasitəsilə 3 saat müddətində aparılıb və namizədlərə biliklərini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb. Namizədlər imtahanı yekunlaşdırdıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda nəticələrlə tanış olmaq imkanına malik olublar. Nəticələr həmçinin sabah gün ərzində DİM-in saytında yerləşdiriləcək.

    İmtahanda 720 namizəd iştirak edib. İmtahan nəticələrinə əsasən, BB1 altqrupu üzrə 11 nəfər, BB2 altqrupu üzrə 16 nəfər, BB3 altqrupu üzrə 42 nəfər, BB4 altqrupu üzrə 65 nəfər olmaqla, ümumilikdə 134 namizəd uğur qazanıb.

    Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə imtahan isə saat 16:00-da başlanacaq.

    İmtahanların nəticələri ilə bağlı Apellyasiya Komissiyası 4 – 6 avqust tarixlərində saat 14:00-dan 17:00-dək Dövlət İmtahan Mərkəzinin elektron imtahanlar korpusunda fəaliyyət göstərəcək. Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsi, 50.

    #Dövlət İmtahan Mərkəzi (DİM)
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Dövlət İmtahan Mərkəzi ictimaiyyət üçün açıq görüşlərə start verir

    23 Sentyabr 2025 16:37

    DİM bu gün əlavə imtahanlar keçirib

    7 Sentyabr 2025 13:35

    Cari ilin buraxılış imtahanlarında üzrlü səbəbdən iştirak edə bilməyənlər üçün əlavə imtahan keçiriləcək - DİM

    2 Sentyabr 2025 11:01

    IV qrupda 600 baldan yuxarı toplayan 10 abituriyent müsabiqədən kənarda qaldı

    22 Avqust 2025 23:00

    Ali təhsil müəssisələrinə qəbulun nəticələri elan edilib

    22 Avqust 2025 22:40

    Ali təhsil müəssisələrinə qəbul olmaq üçün ixtisas seçimi başlayır - Bu gündən

    11 Avqust 2025 09:27

    DİM bu gün peşəkar mühasib sertifikatı imtahanının II mərhələsini keçirəcək

    10 Avqust 2025 09:22

    Bu gün rezidenturaya qəbul imtahanının 2-ci mərhələsi keçiriləcək

    10 Avqust 2025 09:18

    Bu gün Musiqi ədəbiyyatı fənni üzrə test imtahanı keçiriləcək

    3 Avqust 2025 09:09

    I və IV ixtisas qrupları üzrə qəbul imtahanının nəticələri açıqlanıb

    24 İyul 2025 22:38

    Bu gün peşəkar mühasib sertifikatı imtahanının I mərhələsi keçiriləcək

    20 İyul 2025 09:08

    I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçirilib

    13 İyul 2025 13:52
    Demo
    XƏBƏR LENTİ

    Bir hadisə, iki baxış: Qədir-Xum mübahisəsinin tarixi kökləri

    Siyasət mənim qanımdadır - Kamala Harris

    Türkiyəyə Azərbaycandan nefti ixracı 70 faizə yaxın azalıb

    Türkiyədən Türkmənistana avtomobil ixracı azalıb (ÖZƏL)

    Diyarbəkir hava limanında sərnişindaşıma 1 milyon nəfəri keçib (ÖZƏL)

    Yuxuda akkоrdеоn görmək

    Bu gün Corc Buş “Patriot Aktı”nı imzaladı: ABŞ-da terrorla mübarizədə yeni mərhələ başladı

    Bu gün Franklin Fransaya səfər etdi

    Zəfər xronikası. 26 oktyabr 2020-ci il: Prezident İlham Əliyev İtaliyanın Rai-1 televiziya kanalına müsahibə verib

    Tarixdə bu gün - 26 oktyabr

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.