Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Cəmiyyət

    Səfərbərlik Xidmətindən korrupsiya ilə mübarizəyə dair statistik məlumatlar açıqlanıb

    3 İyul 2025 10:42
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    Bakı. AzerVoice

    Səfərbərlik Xidməti korrupsiya ilə mübarizəyə dair 2025-ci ilin II rübünü əks etdirən statistik məlumatları açıqlayıb.

    AzerVoice xəbər verir ki, bu barədə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti məlumat yayıb.

    Bildirilir ki, Azərbaycan Respublikası Prezidentinin 2022–2026-cı illər üzrə “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair Milli Fəaliyyət Planı”ndan irəli gələn vəzifələrin icrası və korrupsiyaya şərait yaradan amillərin aradan qaldırılması məqsədilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti 2023-cü ilin may ayından etibarən xidməti fəaliyyətdə şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə sahəsində sistemli tədbirlər həyata keçirir.

    Bu müddət ərzində normativ-hüquqi bazanın təkmilləşdirilməsi, nəzarət mexanizmlərinin gücləndirilməsi və vətəndaş məmnunluğunun artırılması istiqamətində kompleks işlər görülmüşdür.

    Belə ki, əməkdaşların vəzifə səlahiyyətlərindən sui-istifadə halları üzrə aparılan xidməti araşdırmalar nəticəsində 2023-cü ildə 78, ötən ildə 249, 2025-ci ilin birinci yarısında 103 əməkdaş barəsində intizam tənbehi və təşkilati-ştat tədbirləri görülmüş, o cümlədən cari ildə 9 əməkdaş mənfi əsaslarla ehtiyata buraxılmış və ya əmək müqaviləsinə xitam verilmişdir. 2023-cü ildə 15 fakt üzrə 22, 2024-cü ildə 51 fakt üzrə 95, cari ildə isə 28 fakt üzrə 62 nəfər barəsində toplanmış materiallar prosessual qərar qəbul edilməsi üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib.

    “Müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların tibbi şəhadətləndirilməsi sahəsində fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 06.09.2023-cü il tarixli 2317 nömrəli Fərmanının icrası ilə əlaqədar müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların tibbi şəhadətləndirilməsi zamanı barəsində 4 yararlılıq kateqoriyası üzrə qərar qəbul edilmiş vətəndaşların yekun tibbi müayinəsi 01.07.2024-cü il tarixdən etibarən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən həyata keçirilir. Prosesdə iştirak edən aidiyyəti qurumlar arasında məlumat mübadiləsinin elektronlaşdırılması və bu sahədə həyata keçirilən optimallaşdırma tədbirləri, korrupsiya risklərinin azaldılması, idarəetmədə operativliyin və obyektivliyin təmin olunması, ümumilikdə fəaliyyətin şəffaflığının artırılması baxımından müsbət nəticələr verməkdədir.

    Vətəndaşlarla təmasın minimuma endirilməsi, vətəndaş məmnunluğunun təmin edilməsi məqsədilə müasir texnologiyanın imkanlarından maksimum yararlanmaq və gələcəkdə göstərilən bütün xidmətlərin elektron qaydada həyata keçirilməsi planlaşdırılmışdır. Hazırda “Müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət verilməsi”, “Müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilmə”, “Müddətli həqiqi hərbi xidmətə müvəqqəti çağırılmamağa dair”, “Həqiqi hərbi xidmət keçmə haqqında”, “Müddətli həqiqi hərbi xidmət barədə” və “Hərbi qeydiyyat haqqında” arayışlar “MyGov” mobil tətbiqi üzərindən vətəndaşlara təqdim olunur.

    Vətəndaşların korrupsiya və digər qanunsuz hallarla qarşılaşdığı təqdirdə 9100 Çağrı mərkəzinə və ya [email protected] elektron poçt ünvanına müraciət etmələri tövsiyə olunur.

    Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti fəaliyyətində şəffaflıq, obyektivlik və ictimai etimadın gücləndirilməsi prinsiplərinə əsaslanaraq korrupsiyaya qarşı mübarizəni bundan sonra da ardıcıl şəkildə davam etdirəcəkdir.

    #Səfərbərlik və Hərbi Xidmətə Çağırış #Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Vəhyin kainatla vəhdəti - Səsli Kitab

    17 Noyabr 2025 18:02

    Yaradıcı Mərkəz STEAM Azərbaycan Festivalında iştirak edir

    17 Noyabr 2025 17:42

    Türk Mədəniyyəti və İrsi Fondu avropa gündəmində

    17 Noyabr 2025 15:03

    Bakıda “Çin Ziyarətçiləri Sammiti” təşkil edilib

    17 Noyabr 2025 14:21

    Qazaxda mina partlayıb: ANAMA əməkdaşının ayağı amputasiya olunub

    17 Noyabr 2025 13:51

    Şəkidə din xadimləri üçün ikigünlük seminar-treninq keçiriləcək

    17 Noyabr 2025 12:56

    “AzerGold” və “Azərxalça” tərəfindən xalçaçılıq mədəni irsinin təbliğinə həsr olunmuş birgə layihənin icrasına başlanılıb

    17 Noyabr 2025 12:10

    "AzerGold" Zod qızıl yatağında genişmiqyaslı geoloji tədqiqat işləri aparır

    17 Noyabr 2025 11:11

    Dövlət Xidmətinin şəxsi heyəti Zəfər parkını ziyarət edib

    27 Sentyabr 2025 16:39

    Birinci Qarabağ müharibəsinin itkin şəhidinin nəşinin qalıqları Qubada dəfn edilib

    12 Sentyabr 2025 15:43

    Əlahiddə Ümumqoşun Orduda hərbi vəzifəlilərlə növbəti təlim toplanışı keçirilib

    2 İyun 2025 17:53

    Hərbi vəzifəlilərlə keçirilən təlim toplanışları davam edir

    5 İyun 2024 16:43
    Demo
    XƏBƏR LENTİ

    Azərbaycan Ordusunda Milli Dirşəliş Günü qeyd edilib

    Türkiyənin bor əsaslı balistik texnologiyaları BAMEX 2025 sərgisində böyük maraq görüb

    Bu il yarım milyon suriyalı ölkəsinə qayıdıb - Yerlikaya

    TÜRKPA ATƏT PA-nın payız sessiyası çərçivəsində nümayəndə heyətlərinin ilk koordinasiya iclasını keçirib

    Yalçın Rəfiyev COP30-da Azərbaycanın milli bəyanatını təqdim edib

    Ayxan Hacızadə Ceyhun Bayramovun Mərkəzi Asiya Dövlətləri Xarici İşlər Nazirləri Görüşündəki bəyanatına dair paylaşım edib

    Türkiyədə FETO-nun qadın şəbəkəsinə qarşı əməliyyat keçirilib

    Azərbaycan və Niderland arasında ikitərəfli münasibətlər müzakirə olunub

    Türkiyədə Nazirlər Kabineti iclasında təyyarə qəzası müzakirə olunub

    Vəhyin kainatla vəhdəti - Səsli Kitab

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.