5
BAKI, AzerVoice
Birinci Qarabağ müharibəsində itkin düşdüyü hesab edilən və şəxsiyyəti müəyyənləşdirilən daha bir şəhidin nəşinin qalıqları dəfn edilib.
AzerVoice-in məlumatına görə, Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Fuad Cəfər oğlu Ələsgərovun meyitinin qalıqları Tovuz rayonuna gətirilərək Ağbaşlar kəndində ailəsinə təhvil verilib.
Onun nəşinin qalıqları Tovuz rayonu Ağbaşlar kənd qəbiristanlığında dəfn olunub.
Qeyd edək ki, Fuad Cəfər oğlu Ələsgərov 1974-cü il martın 8-də Tovuzun Ağbaşlar kəndində anadan olub. O, 1993-cü il avqustun 31-də Füzuli rayonunun Kürdmahmudlu kəndi istiqamətində itkin düşüb.