Əsas səhifə » DİM tərəfindən qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq istəyənlər üçün test imtahanı keçiriləcək

DİM tərəfindən qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq istəyənlər üçün test imtahanı keçiriləcək

BAKI, AzerVoice

Dövlət İmtahan Mərkəzi (DİM) mayın 11-də qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslər üçün test imtahanı təşkil edəcək.

AzerVoice xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.

İmtahan Bakı şəhərində DİM-in elektron imtahanlar korpusunda (Binəqədi rayonu, S.S.Axundov, 50) keçiriləcək.

Bu imtahanda 157 nəfərin iştirakı gözlənilir.

İmtahanların idarə olunmasına 1 ümumi imtahan rəhbəri, 2 imtahan rəhbəri, 9 nəzarətçi, 3 buraxılışı rejimi əməkdaşı (mühafizə) ayrılıb.

İmtahan saat 11:00-da başlanacaq. Saat 10:45-dən sonra gələn namizədlər imtahana buraxılmayacaq. İmtahan 1 saat davam edəcək.

Namizədlər imtahana gələrkən kalkulyator və aşağıda qeyd olunan sənədləri gətirməlidirlər:

- Şəxsiyyəti təsdiq edən sənədin əsli;

- İmtahana buraxılış vərəqəsi.

İmtahan 9 istiqamət üzrə keçirilir. İmtahanda namizədlərə müvafiq istiqamət üzrə 30 test tapşırığı təqdim olunur. Test tapşırıqlarının düzgün cavabları 1, 2 və ya 3 balla qiymətləndirilir. İmtahanda maksimum 60 bal toplamaq olar. 30 bal və daha çox nəticə əldə etmiş namizəd imtahandan müvəffəqiyyətlə keçmiş hesab olunur.

İmtahan qaydaları ilə bağlı “Yaddaş kitabçası” DİM-in saytında yerləşdirilib.

Digər Kateqoriyalar

2025 © Azervoice